Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:35

Türkiyədə daha 92 nəfərə ömürlük həbs kəsildi


Türkiyə Prezidenti Recep Tayyip Erdoğan çevriliş cəhdi qurbanlarının anım mərasimində, 15 iyul, 2019-cu il

Türkiyədə məhkəmə 2016-cı ilin uğursuz çevriliş cəhdində təqsirləndirilən 92 nəfərə ömürlük həbs cəzası kəsib. Onların içində orduda yüksək vəzifə tutmuş zabitlər də var.

2016-cı il iyulun 15-də çevriliş cəhdində 250-dən çox insan öldürülüb, bəzi hərbçilər hərbi təyyarələri, vertolyotları, tankları ələ keçirərək dövlət qurumlarına nəzarəti götürməyə çalışıb.

“Anadolu” agentliyinin məlumatına görə, 12 nəfərə ömürlük həbs şərti cəza hüququ istisna olunmaqla çıxarılıb.

Ötən ay da çevriliş cəhdinin liderlərindən bir qrupuna ömürlük həbs kəsilmişdi.

Ankara çevriliş cəhdinə görə ABŞ-da yaşayan ilahiyyatçı Fətulla Gülən tərəfdarlarını suçlasa da o həmin hadisələrdə rolu olmadığını bildirir.

Gülənlə əlaqələrdə şübhəli bilinən 292 minədək şəxs saxlanıb, hazırda onların 100 minə yaxını məhkəməsini gözləyir. Bunu Daxili işlər naziri Süleyman Soylu deyib.

Çevriliş cəhdindən sonra 150 minədək dövlət qulluqçusu işdən çıxarılıb. Məhkəmələr 2 min 500-dən artıq ömürlük həbs hökmü verib. Müdafiə Nazirliyi 21 minə yaxın şəxsin ordu sıralarından qovulduğunu deyir.

Şərhlər

XS
SM
MD
LG