Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 07:48

Beynəlxalq təşkilatlarla bərpa işləri müzakirə edilib


Qarabağın bərpasına beynəlxalq fond yaradılması təklif edilir
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Qarabağın bərpasına beynəlxalq fond yaradılması təklif edilir

Dekabrın 29-da Xarici İşlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, bu qurumun İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa Birliyinin (AB) nümayəndəsi Kestutis Yankauskas və Dünya Bankı Nümayəndəliyinin təmsilçisi Səidə Bağırlı ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalmış ərazilərdə münaqişə sonrası bərpa, minalardan təmizlənmə işində Azərbaycana dəstəyin göstərilməsi məsələləri müzakirə edilib.

Açıqlamaya görə, onlar "Bərpa və Sülh quruculuğunun qiymətləndirilməsi" metodologiyasına uyğun olaraq münaqişənin təsirinə məruz qalmış ərazilər, o cümlədən Dağlıq Qarabağda qiymətləndirmənin aparılması, hesabatın hazırlanması və tövsiyələrinin Azərbaycan tərəfi ilə bölüşülməsinə hazır olduqlarını ifadə ediblər: "Tərəflər mövzu üzrə ətraflı fikir mübadiləsi aparıblar".

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Multimedia

XS
SM
MD
LG