Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:07

Rumıniya prezidenti 6 ildən sonra Moldovaya gedib


Maya Sandu (sağda) və Klaus Yohannis

Rusiyapərəst prezident İqor Dodon vəzifədə olanda münasibətlərdə soyuqluq vardı

Rumıniya Prezidenti Klaus Yohannis dekabrın 29-da Moldovada həmkarı Maya Sandu ilə görüşüb. Tərəflər münasibətlərdə yeni səhifə açmaq vədi veriblər. Moldovanın yeni seçilmiş prezidenti Avropa Birliyi yönlü, korrupsiyaya qarşı siyasət yürüdəcəyini deyir.

Son altı ildə ilk dəfədir Rumıniya prezidenti Moldovaya səfər edir. Rusiyapərəst prezident İqor Dodon vəzifədə olanda münasibətlərdə soyuqluq vardı.

Avropanın ən yoxsul ölkələrindən olan Moldovada Rusiya və Avropa tərəfdarları arasında dərin ziddiyyət var. AB üzvü Rumıniya ilə onları ümumi mədəniyyət və dil birləşdirir.

Yohannis səfərinin simvolik olduğunu, yeni prezidenti dəstəkləmək niyyəti güddüyünü deyib. Hazırda Moldova iqtisadi böhran və koronavirus pandemiyası ilə mübarizə aparır.

“Prezident seçkisində Maya Sandunun qələbəsi tarixi əhəmiyyət daşıyır. Mənim səfərim Moldova vətəndaşlarının kütləvi olaraq Avropa dəyərlərinə səs verdiyi dönəmə düşür”, – Yohannis deyib.

O, Moldovaya iqtisadi yardım göstəriləcəyini, eyni zamanda AB-nin ayırdığı kvotasından COVID-19-a qarşı 200 min doza Pfizer-BioNTech vaksini verəcəyini deyib.

Sandu isə ölkənin xarici və daxili siyasətində yeni başlanğıcdan, “Rumıniya ilə strateji tərəfdaşlığın inkişafı”ndan danışıb.

“Beynəlxalq təcriddən çıxma mərhələsi başlanır”, – Sandu deyib.

Şərhlər

XS
SM
MD
LG