Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:13

'Müasir qadın bundan azına razı olmazdı'


Pedro Almodovar
Pedro Almodovar

İspaniya kinosunun canlı klassiki Pedro Almodovar ən son çəkdiyi "İnsan səsi" filmində fransız şairi Jan Koktonun monopyesini ekranlaşdırıb. (Daha əvvəl bu monopyesin ekran versiyasını Roberto Rossellini yaradıb). Aktrisa Tilda Suinton filmin əvvəlindən sonunadək kadrı tərk etmir. Maraqlıdır ki, Almodovar əsərə özünəməxsus yaradıcılıq və oynaqlıqla yanaşıb.

Birincisi, o, sevgilisi tərəfindən atılmış qadının telefon danışığı əhvalatını quruluş çərçivəsinə yerləşdirib: kamera vaxtaşırı uzaqlaşaraq tamaşaçının qəhrəmanın mənzilinin əslində boş kinopavilyonun ortasında qurulmuş dekorasiya olduğunu anlamasına imkan verir. İkincisi, rejissor əsərin mətninə son dərəcə sərbəst yanaşıb, təkcə replikalar yox, baş verənlərin finalda əks olunmuş mənası belə müasirləşdirib. Koktodan fərqli olaraq, Suintonun qəhrəmanına uğursuz sevgidən təmizlənmək haqqı verib.

"Onun önündə sadəcə divar təsəvvür edirdim"

Lenta.ru saytı Almodovardan müsahibə alaraq ona film haqda suallarını verib.

Almodovarın "İnsan səsi"ndə ortaya qoyduğu ən effektiv fənd qəhrəmanın mənzilini kino pavilyonunun ortasında teatr səhnəsinə çevirməsidir. "Bu, daim təhtəlşüur səviyyəsində səhnə və publika axtarışında olan insan hissləri və sevginin performativ təbiətini göstərmək üçün əla üsuldur", – saytın müxbiri Almodovara sual verərkən deyib.

Almodovar bu filmdə onun üçün fundamental ideyanın fərqli olduğunu, buradakı qadını təqribən "Qadınlar əsəb sarsıntısı astanasında" filmindəki eyvanın məhəccərinə söykənən qadın kimi təsəvvür etdiyini deyib.

"Əgər mənim bu filmimdə o, Madridin axşam mənzərəsini görürdüsə, burada onun önündə sadəcə divar təsəvvür edirdim. Lap əvvəldən də mənim bu iki məkanla – mənzil və ətrafındakı pavilyonla - oyun fikrim personaja rolunu oynamaqda kömək etmək üçün idi. Mən tənha, qaranlıqda, uçurumun astanasında qalmış qadını göstərməyə çalışmışam.

Hadisələrin pavilyonun içindəki gözəl, yaxşı dizayn olunmuş mənzildə cərəyan edəcəyini dərhal anlamışdım. Lap əvvəldən hiss edirdim ki, bu sərhədləri aşıb filmi kinostudiyaya çıxarmaq lazımdır. Bu, vurğunu teatr dilindən kinematoqrafiya dilinə keçirmək üçün vacib idi. Əgər filmin özü teatr monoloqunun ekran versiyasıdırsa, onda dekorasiyalardan kənara çıxmağımız onu kino aləminə qaytarır. "İnsan səsi" hər şeydən əvvəl nitq eksperimentidir. Məhz buna görə də qısametrajlı formatda çəkilib. Mənim üçün qısa metraj yaradıcı azadlıqla dolu eksperimentin sinonimidir. Tam metrajda bütün filmi bu fənd üzərində qura bilməzdim", – o deyir.

Almodovar, eyni zamanda, Koktonun mətninə çoxlu hərəkət qatıb. Suintonun qəhrəmanı gah balta alır, gah bu balta ilə sevgilisinin əşyalarını çapır, gah qab sındırır, gah da itlə oynayır.

Müasir qadın

Rejissor Koktonun pyesini yenidən oxuyanda və Roberto Rossellininin bu pyes əsasında çəkdiyi, Anna Manyaninin baş rolu ifa etdiyi "Sevgi" novellasına yenidən baxanda indi onları 30 il əvvəlkindən fərqli gördüyünü hiss edib. Qəhrəmanın passivliyi, iztiraba tabe olması, onu atan keçmiş sevgilisindən asılılığı ona təsir edib. Əvəzində müasir qadını göstərmək istəyib: "Bu, abstrakt qısametrajlı film olsa da, hər şeydən əvvəl bu günün qadını haqda hekayədir. Məhz bu səbəbdən mən Koktonun mətnini dəyişdirib ora hərəkət əlavə etdim. Mənim filmimdə onu yeyib parçalayan ehtirasdan yorulan qadının monoloqu hərəkətin sayəsində qisas aktına çevrilir. O öz kədərinə ... üstün gəlir və finalda yeni həyata qapı açır".

Almodovar deyir ki, müasir qadın kişi ilə eyni dərəcədə ağıllıdır. Koktoda isə qadın sanki özünü sevgilisindən daha aşağı səviyyəli varlıq kimi hiss edir. Onun bu adaptasiyasında biz kişini görməsək də, qəhrəmanın replikalarından onun kişidən ağıllı olduğunu anlaya bilirik: "İkinci mühüm məqamsa onun günah kompleksindən uzaq olmasıdır... O, yaranmış vəziyyəti qəbul edir, nə zamansa ikisinin birlikdə münasibətlərində oyun qaydalarını müəyyən etdiyini xatırlayır. Əgər Koktoda günah hissi daim sezilirsə, ... məndə belə replikalar yerli-dibli yoxdur – kişi ilə qadın bərabər səviyyəli dialoq aparır. Müasir qadın bundan azına razı olmazdı".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG