Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:14

Rusiya hərbçiləri Qarabağda döyüş hazırlığı məşğələlərinə başlayıb


Laçın şəhərində Rusiya hərbçiləri
Laçın şəhərində Rusiya hərbçiləri

Ümumilikdə məşğələlərə 200-dək hərbçinin, 20-dən artıq hərbi və xüsusi texnikanın cəlb olunduğu bildirilir

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti Xankəndi və Ağdərə poliqonlarında döyüş hazırlığı üzrə planlaşdırılmış məşğələlərə başlayıb.

Məşğələlər zamanı hərbçilər avtomat və pulemyotlarından, snayper tüfənglərindən, eləcə də “BTR-82A” zirehli texnikasından müxtəlif növ nişanlar üzrə atəş açıblar.

Rusiya hərbçiləri həmçinin döyüş əl qumbaralarının atılması üzrə tapşırıqları yerinə yetiriblər. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilərin müşahidə postlarında daimi növbə çəkməsinə baxmayaraq, kontingentin komandanlığı döyüş hazırlığının əsas növləri üzrə məşğələlər planlaşdırıb. Plana taktiki, taktiki-xüsusi, atəş, eləcə də hərbi maşınların və digər növ xüsusi avtomobil texnikasının idarə olunması daxildir.

Ümumilikdə məşğələlərə 200-dək hərbçinin, 20-dən artıq hərbi və xüsusi texnikanın cəlb olunduğu bildirilir.

Xocavənddə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:09:59 0:00

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla noyabrın 10-dan Dağlıq Qarabağda atəşkəs əldə olunub. Azərbaycan qüvvələri 44 günlük müharibə nəticəsində 1994-cü ilədək işğal olunmuş yeddi rayonuna nəzarəti ələ alıb. O cümlədən Şuşa şəhəri, Hadrut qəsəbəsi kimi strateji yerlər Azərbaycan hərbçilərinin nəzarətinə keçib. Ancaq Qarabağın bir hissəsi, mərkəzi Xankəndi şəhəri ermənilərin nəzarətindədir. Təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ancaq 10 noyabr bəyanatından bəri iki dəfə Azərbaycan hərbçilərinə erməni silahlı dəstələri tərəfindən hücum olunduğu haqda rəsmi məlumat yayılıb. Erməni tərəfi bunu təkzib edir. Ancaq Azərbaycan tərəf itkilər haqda açıqlama yayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG