Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 07:53

AzTV-nin binasında uçqun olub, ölən var


AZTV

Dekabrın 25-də axşam saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” qapalı səhimdar cəmiyyətinin (QSC) inzibati binasında otaqlardan birinin tavanı çöküb.

Bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, üçmərtəbəli binanın otaqlardan birinin tavanın çökməsinin nəticədə televiziyanın bir əməkdaşı xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparıldığı bildirilib.

Amma Fövqəladə Hallar Nazirliyinin sonradan yaydığı məlumatda isə həmin şəxsin həlak olduğu və onun meyitinin dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verildiyi qeyd edilib

Şərhlər

XS
SM
MD
LG