Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 16:39

Ə.Sadıqovla bağlı vəsatət qəbul edilməyib


Həbsdəki jurnalistin xanımı: 'Elə bil şou göstərirəm, heç bir reaksiya yoxdur'
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Həbsdəki jurnalistin xanımı: 'Elə bil şou göstərirəm, heç bir reaksiya yoxdur'

Dekabrın 25-də Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun şikayəti ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsində hazırlıq iclası keçirilib.

Bu barədə AzadlıqRadiosuna onun xanımı Sevinc Sadıqova məlumat verib. Onun deməsinə görə, hakim Nazim Mövsümov müdafiə tərəfinin qaldırdığı vəsatəti təmin etməyib: "Vəkilin Əfqan Sadıqovun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etmədi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxladı".

Onun deməsinə görə, hakim məhkəmə prosesini 2021-ci il yanvarın 21-nə təyin edib. S.Sadıqova hakimin bu qərarını çox pis qarşıladığını söyləyib: "Adam artıq 52 gündür ki, aclıq edir. Onun yanvarın 21-nə kimi sağ qalması özü sual altındadır".

Bu açıqlamaya Sumqayıt Apellyasiya Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azel TV saytının rəhbəri Ə.Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı. Üç gün əvvəl, dekabrın 22-də Ombudsman Aparatından "Turan" İnformasiya Agentliyinə bildirmişdilər ki, Ə.Sadıqovun səhhətini diqqətdə saxlayırlar.

Qurumdan Penitensiar Xidmətin Müalicə Müəssisəsinə istinadən Ə.Sadıqovun səhhəti ilə bağlı bunları demişdilər: "...Əfqan Sadıqovun təzyiqi 120/70-dir. Tənəffüsü, psixi durumu normaldır. Vəziyyəti orta-ağır sayılır. Qida qəbul etmir...".

Ombudsman Aparati ilə, hələlik, təkrar danışmaq mümkün olmayıb.

Xatırlatma

Ə.Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərə inzibati qaydada həbs edilib. Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

XS
SM
MD
LG