Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Xankəndi minalardan təmizlənir, qaçqınlar qayıdır


Xankəndi
Xankəndi

Dağlıq Qarabağa indiyədək 43 mindən çox qaçqının qayıtdığı qeyd edilir

Qarabağın mərkəzindəki Xankəndi şəhərinin şimal ətrafının minalardan təmizləməsi tamamlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin Beynəlxalq Mina Fəaliyyəti Mərkəzinin mütəxəssislərinin işi davam etdirdiyi bildirilir.

Dağlıq Qarabağda sülhyaratma əməliyyatı zamanı 274 hektardan çox ərazinin, 105 kilometrlik yolların, 451 tikintinin təmizləndiyi, 8 min 700-dən çox partlayıcı maddənin aşkarlanaraq neytrallaşdırıldığı xəbər verilir.

43 mindən çox qaçqın qayıdıb

Dağlıq relyefi və hava şəraitinin pisləşməsini nəzərə alaraq sülhməramlılar minalardan təmizlənmə işini sürətlə həyata keçirməyə imkan verən müasir robot texnikalarından istifadə edirlər.

Aşkarlanan partlayıcı maddələr və partlamamış sursat götürülərək xüsusi ərazidə neytrallaşdırılır. Çıxarılması mümkün olmayan sursat isə yerində məhv edilir.

Rusiya Müdafiə Nazirliyinin başqa bir məlumatında dekabrın 24-də Yerevandan Xankəndiyə avtobuslarla 488 nəfərin qaytarıldığı bildirilir. Avtobusları Rusiya sülhməramlı kontingenti və hərbi polis müşayiət edib.

Həmin şəxslərin yaşayış yerlərinə qayıtmasının təhlükəsizliyi, eləcə də onlara humanitar yardım, mülki infrastruktur obyektlərinin bərpası təmin olunur. “Rusiya sülhməramlıları 23 müşahidə məntəqəsində vəziyyətin daimi monitorinqini aparır”, – məlumatda deyilir.

Ümumilikdə, Dağlıq Qarabağa indiyədək 43 mindən çox qaçqının qayıtdığı qeyd edilir.

Azərbaycan rəsmiləri susur

Bu il noyabrın 10-da Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunub. Azərbaycan 44 günlük müharibə ilə, noyabrın 9-dək tutduğu mövqelərdə qalıb. Ermənistanın 1994-cü ilədək işğal etdiyi yeddi rayona nəzarət Azərbaycan ordusuna keçsə də təmas xəttinə 2 minədək Rusiya sülhməramlısı yerləşdirilib. Qarabağın bəzi hissələrinə erməni və rus qüvvələri nəzarət edir. Üstəlik, son vaxtlar yerli media və sosial şəbəkələrdə Rusiya sühlməramlılarının sayının artırılmasından narahatlıq səslənir.

Ancaq indiyədək Azərbaycan rəsmiləri 10 noyabr atəşkəs bəyanatının detallarını ictimaiyyətə izah etməyib, Qarabağdan gələn xəbərlərə də münasibət bildirilməyib. Azərbaycanın hökumətyönlü deputatları isə Rusiya sülhməramlılarının “öz səlahiyyətlərinə aid olmayan işlə”, faktiki BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının vəzifəsini üzərinə götürərək, ermənilərin Xankəndinə qaytarılması ilə məşğul olduqlarını deyirlər.

Bu gün – dekabrın 25-dən Xankəndi aeroportunun da işə düşəcəyi xəbər verilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG