Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 11:34

Əfqanıstanı silsilə sui-qəsdlər bürüyür


Freştə Kohestani
Freştə Kohestani

Əfqanıstanda tanınmış qadın haqları fəalı Freştə Kohestani Kabulun şimal-şərqində Kapisa vilayətnin kəndlərindən birində qətlə yetirilib.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinə istinadən Əfqanıstanın TOLO xəbər agentliyi yayıb.

Əfqanıstanda burndan əvvəl də silsilə sui-qəsdlər baş verib.

Nazirliyin məlumatında deyilir ki, dekabrın 24-də yerli vaxtla saat 5 radələrində Kapisa vilayətində motosiklet sürən naməlum şəxslər Kohestanını qətlə yetiriblər.

Bu da xəbər verilir ki, bu hücum nəticəsində fəalın qardaşı yaralanıb. Lakin Kapisa polisi onun da öldüyünü və təhlükəsilzik xidmətləri tərəfindən cinayət işi açıldığını xəbər verir.

Bu hücuma görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

Kohestaninin qətlindən bir gün əvvəl Əfqanıstan müstəqil seçki monitorinqi qrupunun başçısı Yusuf Rəşid öldürülmüşdü.

Jurnalistlərin silsilə qətlləri

Dekabrın 23-də baş vermiş həmin qətllə bağlı BMT-nin Əfqanıstandakı missiyası ölkədə getdikcə artan sui-qəsdlərdən dərin narahatlığını ifadə etmişdi.

Dekabrın 21-də Qəzni vilayətində naməlum silahlıların hücumu nəticəsində müstəqil jurnalist və media təhlükəsizliyi ittifaqının rəhbəri Rəhmətullah Nikzad naməlum silahlılar tərəfindən qətlə yetirilib.

Qətl onun yaşadığı evin yanında törədilib.

Amnesty International təşkilatının Cənubi Asiya bölümü Nikzadın öldürülməsini “dəhşətli cinayət” adlandırıb.

Son aylarda Əfqanıstanda tanınmış fiqurların, ruhanilərin, siyasətçi və fəalların qətlləri artmaqda davam edir.

Bu hadisələr həm də Talibanla Əfqanıstan hökuməti arasında danışıqların getdiyi bir vaxtda baş verir.

Noyabrın 7-dən bəri TOLOnews agentliyinin aparıcısı Yama Siyavaş, AzadlıqRadiosunun müxbiri Elyas Dayi, Nanqərharda Enekaas telekanalının aparıcısı Malala Mayvənd və Ariana News-un aparıcısı Fərdin Amini qətlə yetiriliblər.

XS
SM
MD
LG