Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 15:49

Gələn il ehtiyac içində olan əfqanların sayı 5 milyon artacaq


Kabildə partlayışdan sonra, 16 dekabr, 2020-ci il

BMT-nin hesablamasına görə, gələn il Covid-19 pandemiyası və münaqişələrin artması səbəbindən köməyə ehtiyacı olan əfqanların sayı 5 milyon nəfər artacaq.

Ehtiyac yüksəlir və “təcili maliyyə lazımdır”, – Baş katibin Humanitar Məsələlər üzrə köməkçisinin vəzifəsini icra edən Rameş Racasingam dekabrın 15-də mətbuat konfransında deyib.

Əfqanıstandan səfərdən qayıtmış Racasingamın sözlərinə görə, bu ölkədə adətən sərt keçən qış vəziyyəti daha da ağırlaşdıracaq.

O, humanitar yardıma ehtiyacın artmasını “Covid-19 böhranının, münaqişələrin və məcburi köçkünlərin çoxalmasının” nəticəsi adlandırıb.

“2020-ci ildə 11 milyon nəfər üçün dəstək istəmişdik, gələn il onların sayı 16 milyona çatacaq”, – Racasingam vurğulayıb.

Əfqanıstan Prezidenti Aşraf Qani dekabrın 15-də deyirdi ki, Taliban qruplaşması ilə sülh danışıqlarının Qətərdən Əfqanıstana keçiriləcəyinə ümid edir. Onun sözlərinə görə, danışıqların Dohada dəbdəbəli otellərdə keçirilməsi əfqan xalqına təhqirdir.

XS
SM
MD
LG