Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

TƏBİB-dən  ekspress testlər haqqında deyilənlərə cavab 


 Seulda Covid-19 testi, arxiv foto
Seulda Covid-19 testi, arxiv foto

Azərbaycanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ekspress testlər haqqında səslənən fikirlə bağlı verilən sualı cavablandırıb.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, qurumdan deyiblər ki, Azərbaycanda ekspress testlər sınaqdan keçirilib.

“Məlum olub ki, bu metod yeni yoluxmuş, sağalmış və az virus yükü almış xəstələrdə mənfi nəticə göstərir. Yüksək qızdırmalı, aktiv xəstələrə isə mənfi nəticə göstərə bilər. Buna görə ekspress testlərdən imtina etmək qərarı qəbul edilib”, deyə TƏBİB-in mətbuat xidmətinin əməkdaşı bildirib.

“Eyni zamanda, ev şəraitində ekspress testlərin tətbiqi üçün məhdudiyyət yoxdur, hər bir vətəndaş özü üçün lazım bildiyi testdən istifadə etməkdə sərbəstdir. TƏBİB dərman və digər tibbi məmulatların idxalı ilə məşğul olmur”, deyə o əlavə edib.

Dünən, dekabrın 18-də Milli Məclisin iclasında deputat Musa Quliyev təklif edib ki, ekspress testlər ölkəyə gətirilib, satılsın:

“Test sahəsində monopoliyaya son qoyulmalıdır. Hər kəs ekspress testlər vasitəsilə özü evdə test edə bilər”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə ümumilikdə 195 min 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktının müəyyən edildiyi, onlardan 2 min 133 nəfərin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG