Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:10

İkinci vaksin də təsdiqlənmək üzrədir


Moderna vaksini
Moderna vaksini

Avstraliya vilayətləri dekabrın 18-dən sərhəd qadağaları tətbiq etməyə başlayıblar. Sidneyin şimalında çimərliklərdə yeni yoluxmalar aşkarlanıb

ABŞ hökumətinin məşvərətçi qurumu COVID-19-a qarşı ikinci vaksinə də müsbət rəy verib. Bu arada ölkədə koronavirusa yoluxmalar və ölü sayı artmaqdadır.

Qurum ABÇ tənzimləyici orqanına tövsiyə edib ki, Moderna şirkətinin Milli Səhiyyə İnstitutu ilə birlikdə hazırladığı vaksini təcili təsdiqləsin. 20-0 səs çoxluğuyla buna səs verən qurum bildirib ki, vaksinin faydası 18 və daha yuxarı yaşlılar üçün riskləri üstələyir.

Ərzaq və Dərman Administrasiyası (FDA) Moderna vaksinini hətta bu gün – dekabrın 18-də təsdiqləyə bilər.

Təcili icazə verilən kimi Moderna milyonlarla doza vaksini paylamağa başlayacaq.

Adi dondurucu temperaturda saxlanır

Artıq bu həftədən Pfizer və BioNTech şirkətlərinin hazırladığı vaksin ABŞ-da vurulmağa başlanıb. İkidozalı vaksin artıq Britaniya və Kanadaya da göndərilib.

Moderna vaksini 94 faiz effekt ortaya qoyub, yəni elə Pfizer-BioNTech vaksini qədər. Sonuncunun effekti 95 faizdir.

Moderna vaksini adi dondurucu temperaturunda saxlanır və bu onun daşınmasını asanlaşdırır. Pfizer-BioNTech vaksini isə mənfi 70 dərəcə selsidə saxlanmalıdır.

Birləşmiş Ştatlarda indiyədək 1.6 milyondan çox yoluxma təsdiqlənib, 310 mindən artıq ölüm qeydə alınıb.

Dünyada isə yoluxanların sayı 75 milyona yaxındır, 1.6 milyon xəstə vəfat edib.

Moderna vaksini bazara daxil olunca hökumət rəsmiləri dekabrın sonunadək 20 milyon, yanvarda daha 30 milyon amerikalıya ilk dozanın vurula biləcəyini bildirirlər. İlk sırada tibb işçiləri və yaşlıların peyvənd olunacağı gözlənir. Konqres üzvləri, Ali Məhkəmənin hakimləri, hökumətin aparıcı vəzifəliləri də ön sıradadırlar.

Digər ölkələr

Vitse-prezident Mayk Pense dekabrın 18-də ictimaiyyətə açıq şəkildə vaksin vurduracaq və bununla əhalini onun təhlükəsiz olmasına inandırmaq istəyir.

Yeni prezident seçilmiş Co Baydenə peyvənd gələn həftə açıq şəkildə vurulmalıdır.

Dekabrın 17-də Braziliya, Almaniya, Türkiyə, Rusiya və Hindistanda onminlərlə yeni yoluxma aşkarlanıb. Cənubi Koreya dekabrın 18-də 1062 yeni yoluxmanın qeydə alındığını açıqlayıb və bu, ikinci gündəlik rekorddur. Bu ölkədə yoluxmalar 47 min 500-ü keçib, ölü sayı 645 nəfərdir. Cənubi Koreyada 51 milyondan çox əhali yaşayır.

Avstraliya vilayətləri dekabrın 18-dən sərhəd qadağaları tətbiq etməyə başlayıblar. Sidneyin şimalında çimərliklərdə yeni yoluxmalar aşkarlanıb.

Çin gələn ilin əvvəlindən cənub-qərbi Siçuan vilayətində ictimaiyyət üçün vaksinasiya proqramına start verir. Artıq ölkənin azı 1 milyon sakininə vaksin vurulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG