Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:31

Bir günə 3 min 700 ölüm


Arxiv fotosu

ABŞ-da xəstəxanalara paylanan vaksinlər ilk növbədə tibb işçilərinə vurulur

Birləşmiş Ştatlarda COVID-19-dan ölü sayı dekabrın 16-da daha bir rekord qırıb, bir sutkada 3 min 700-dən xəstənin vəfat etdiyi açıqlanıb. Yoluxanların sayı isə 250 mini keçib, onların 20 faizi Kaliforniyanın payına düşür. Bu ştatda xəstəxanalar xəstə sayının öhdəsindən gəlməyə çalışır.

Ölkədə virusdan yeddi günlük ortalama ölü sayı 2 min 500-ü keçib. Xəstəxanaya yerləşdirilənlərin sayında 19-cu gündür rekord yaşanır.

Vaksinasiya kampaniyasının genişlənməsinə baxmayaraq, səhiyyə ekspertləri gələn həftələr ərzində virusdan ölənlərin çoxalacağı ilə bağlı xəbərdarlıq edirlər.

Digər ölkələrdə də yoluxma və ölü sayında sıçrayış var. Dekabrın 17-də Cənubi Koreya rekord sayda xəstənin vəfat etdiyini açıqlayıb.

Avropa

Yaponiyanın paytaxtı Tokio bu gün bildirib ki, səhiyyə sistemi böyük gərginlik altındadır.

İsveç ikinci dalğanı cilovlamağa çalışır. Ötən həftə 500-dən çox ölüm qeydə alınıb. Almaniya dekabrın 16-da 952 nəfərin koronavirusdan vəfat etdiyini açıqlayıb.

Almaniya Kansleri Angela Merkel dekabrın 17-də BioNTech farmaseptik şirkətinin qurucuları ilə videokonfrans keçirməlidir. Onlar ABŞ-ın Pfizer şirkəti ilə birlikdə hazırladıqları vaksini paylamaqla məşğuldurlar.

Artıq gələn həftədən Almaniya da vaksini ala bilər. Avropa Tibb Agentliyi bəyan edib ki, Pfizer/BioNTech vaksininə dekabrın 21-də yaşıl işıq yandıracaq, yəni planlaşdırıldığından səkkiz gün qabaq.

Fransa dekabrın sonunadək 1.16 milyon vaksin dozası, sonrakı iki ay ərzində isə daha 2.3 milyon doza almağı planlaşdırır.

Avropada COVID-19-dan ölü sayı 500 minə yaxınlaşır.

İkidozalı vaksin artıq Britaniyada, Birləşmiş Ştatlarda və Kanadada rəsmən təsdiqlənərək paylanır.

Vaksinə inam yaratmaq

ABŞ-da xəstəxanalara paylanan vaksinlər ilk növbədə tibb işçilərinə vurulur. Uzunmüddətli qayğı mərkəzlərin də dozalar göndərilir.

Yeni prezident seçilmiş Co Baydenə gələn həftə peyvənd vurulacaq. O, vaksinin təhlükəsizliyinə inam yaratmaqdan ötrü onu ictimaiyyətə açıq şəkildə vurduracağını deyib. 78 yaşlı Bayden yaşından dolayı risk qrupunda sayılır.

Dekabrın 18-də Vitse-prezident Mayk Pense “inam yaratmaq” üçün Ağ evdə vaksini aşıq şəkildə vurduracaq.

Rəy sorğuları amerikalılardan bəzilərinin peyvəndlə bağlı tərəddüd içində olduğunu göstərib. Alyaskada iki tibb işçisində vaksinin mənfi reaksiya doğurması bu narahatlığı daha da gücləndirib. Vaksin vurulandan 10 dəqiqə sonra həmin şəxslər möhkəm səpib. Onlardan biri dekabrın 16-da xəstəxanada saxlanıb. Digəri tam sağalıb.

XS
SM
MD
LG