Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:08

‘Financial Times’ türk cütlüyü İlin adamı elan etdi – Qərb mediası


Uğur Şahin
Uğur Şahin

1960-cı illərdə qulaqdibi xəstəliyinə qarşı peyvənd dörd ilə hazırlanmaqla rekord qırmışdı

“The Financial Times” qəzeti Almaniyada yaşayan türk əsilli həkimlər Özlem TureçiUğur Şahini 2020-ci ilin adamı elan edib. Onların həmtəsisçiləri olduğu BioNTech şirkəti koronavirusa qarşı vaksinin hazırlanmasında mühüm rol oynayıb.

BioNTech ABŞ-ın Pfizer şirkəti ilə birlikdə Covid-19-a qarşı Qərbdə ilk təsdiqlənmiş vaksini hazırlayıb.

Klinik sınaqlar zamanı vaksin altı ölkədə 22 mindən çox şəxsə vurulub. Ancaq Uğur Şahin yenə də ötən həftə Britaniyada vurulmağa başlayanda əsəb keçirdiklərini deyir, çünki “insanların sınaqdan kənar, real dünyada ilk dəfə peyvənd olunması ayrı şeydir”.

İki həkim-alimin “İşıq sürəti layihəsi” kod adıyla başlatdığı bir neçə milyard avroluq iş “Edvard Cenner 1796-cı ildə bağbanının oğluna inək çiçəyinə qarşı vaksini vurandan bəri ən sürətli peyvəndin hazırlanması demək idi”, – Şərqi İngiltərə Universitetindın tibb professoru Pol Hanter deyib.

1960-cı illərdə isə qulaqdibi xəstəliyinə qarşı peyvənd dörd ilə hazırlanmaqla rekord qırmışdı.

İsveçdə karantin çağırışları artır

“New York Times” qəzeti İsveçin koronavirusla mübarizəsindən yazır. İndiyədək bu ölkə pandemiyaya fərqli münasibət ilə diqqət çəkib, restoranlar, barlar qapadılmayıb. Amma artıq ikinci dalğa hakimiyyəti bu yanaşmaya yenidən baxmağa vadar edir.

İsveçdə koronavirusdan ölü sayı digər Skandinaviya ölkələrindən yüksək olsa da, Avropanın daha böyük ölkələri ilə müqayisə edilib.

Noyabrın sonundan İsveç də müəyyən məhdudiyyətlər tətbiq etməli olub. Əhalinin bir yerə yığışmasına məhdudlaşdırılıb, bəzi məktəblər bağlanıb. Qəzet bu qadağaların Avropanın qalan hissəsi ilə müqayisədə daha zəif olduğunu qeyd edir. Hazırda Stokholm rayonunda xəstəxanaların reanimasiya şöbələrinin tutulduğu xəbər verilir.

Bazar ertəsi ölkənin Baş naziri Stefan Lofven deyib ki, ekspertlər ikinci dalğanın mümkünlüyünü düzgün qiymətləndirməyiblər. İlk dəfəydi məmur İsveç İctimai Səhiyyə Agentliyini tənqid edirdi. Ölkənin koronavirus siyasətini bu ekspert qrupu müəyyənləşdirir, rəhbəri Anders Teqneldir. Teqnel oktyabrda deyirdi ki, əhalidə immunitetin yayılmasının İsveçdə payızda yoluxma hallarının azalmasıyla sonuclanacağına ümid edir.

“Məncə, peşəkarların çoxu ikinci dalğanın yolda olduğunu görməyib”, – Lofven İsveçin “Aftonbladet” qəzetinə müsahibəsində deyib.

DST missiyası Vuhana gedir

Dünya Səhiyyə Təşkilatının (DST) araşdırma missiyasının gələn ay Çinin Vuhan şəhərinə gedəcəyi gözlənir. “The Guardian” yazır ki, missiya yeni koronavirusun heyvandan insana necə keçdiyini, əvvəl düşünüləndən daha tez, yaxud başqa bir yerdə peyda olduğunu araşdıracaqlar.

Almaniyanın Robert Kox İnstitutunun bioloqu, DST-nin 10 nəfərlik missiyasının üzvü Fabian Leendertz “Associated Press” agentliyinə deyib ki, çinli alimlərlə 4-5 həftə işləyəcəklər.

Bir çox alimlər Sars-Cov-2 virusunun Çində heyvanda, çox güman yarasalarda peyda olduğunu, daha sonra insanlara keçdiyini düşünür. İlk yoluxma halları 2019-cu il dekabrın sonunda Vuhan şəhərində aşkarlanıb. Dünyada virusa 73.4 milyondan çox yoluxma təsdiqlənib, 1.63 milyon nəfərin öldüyü bildirilir.

DST-nin missiyası ilk yoluxmadan əvvələ aid tibb nümunələrini və rentgen yoxlamalarını nəzərdən keçirəcək, virusun daha öncə mövcud olub-olmadığını öyrənməyə çalışacaq. Virusun qaynaqlandığı heyvanı tapmaqdan ötrü yarasalardan, yaxud başqa növlərdən nümunələr götürəcəklər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG