Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:39

'Kabus xiyabanı'nın çəkilişləri başa çatıb


Gilyermo del Toro
Gilyermo del Toro

Gilyermo del Toronun yeni "Nightmare Alley" (Kabus xiyabanı) psixoloji trillerinin çəkilişləri başa çatıb. Filmdə Bredli Kuper, Keyt Blanşett, Toni Kollett, Runi Mara, Uillem Defo, Riçard Cenkins və Ron Perlman da daxil olmaqla bir çox tanınmış aktyorlar rol alıb. Filmin distribüşn hüquqları "Disney"ə aid "Searchlight Pictures" şirkətinə məxsusdur.

Filmin ssenari müəlliflərindən biri olan Kim Morqan (digər ssenari müəllifi isə Del Toronun özüdür) çəkilişlərin sona çatdığını şənbə günü Instagram-da elan edib. Gilyermo del Toro isə çəkilişlərin bitdiyini IndieWire saytına bildirib.

Aktyor heyəti

Film üzərində iş martın 13-də pandemiya ilə bağlı dayandırılmış, sentyabrda bərpa olunmuşdu. Çəkilişlər, əsasən, Kanadanın Toronto şəhərində aparılıb. Uilyam Lindsey Qreşamın eyniadlı romanı əsasında çəkilmiş filmin qəhrəmanı iddialı gənc sirk işçisidir (Kuper). O, cəmi bir neçə xüsusi seçilmiş sözün köməyi ilə insanları manipulyasiya etmək istedadına malikdir.

Filmin qəhrəmanı bir qadın psixiatrla (Blanşett) tanış olur. Məlum olur ki, qadın onun özündən daha təhlükəlidir. Şou-biznesin qaranlıq tərəflərinə diqqət çəkən filmin ilk versiyası 1947-ci ildə çəkilib. Nuar janrında çəkilmiş bu filmin rejissoru Edmund Quldinqdir. Baş rolları isə Tayron Pauer, Coan Blondell, Kolin Qrey və Helen Uolker ifa ediblər.

Del Toronun bu yeni versiyasına gəlincə isə, layihə ilk dəfə 2017-ci ildə elan edilib. Del Toro filmin ssenarisini yazacağını və onu çəkəcəyini bəyan edib. Əvvəlcə bu filmdə baş rolun ifası üçün Leonardo Di Kaprio ilə danışıq aparılıb. Çəkilişlər 2019-cu ilin sentyabrında Torontoda başlamalı, filmin quruluşçu operatoru Dan Laustsen olmalı idi.

Daha sonra ötən ilin iyununda Di Kaprionu əvəz etmək üçün Bredli Kuperlə, iki ay sonra, avqustda isə Keyt Blanşettlə danışıqlara başlanılıb. Hər iki aktyorun baş rolları ifa edəcəyi 2019-cu ilin sentyabrında təsdiqlənib. Üstəlik, Runi Maranın da aktyor heyətinə qoşulduğu elan edilib. Oktyabrda Uillem Defo, noyabrda isə Holt MakKellani əlavə edilib. Filmin "Vikipediya" səhifəsində sovet auditoriyasına yaxşı tanış olan italyan əsilli amerikalı müğənni Romina Pauerin də filmdə rol aldığı bildirilir.

"Elə bu dəqiqə hamı alətlərini qoyub çıxsın"

Filmin çəkilişlərinə bu ilin yanvarında başlanıb. Əsas və təkrar çəkilişlərin rəsmən dekabrın 12-də başa çatdığı bildirilir. Distribüşn şirkəti artıq filmin ekranlara çıxacağı tarixi də elan edib: 2021-ci ilin dekabr ayı.

Gilyermo Del Toro bu ilin yayında IndieWire saytında canlı söhbət zamanı filmin istehsalı haqda danışıb. "Biz çəkilişləri [kino industriyasının bağlanmasından] bir həftə əvvəl dayandırdıq. Çox tez reaksiya verdik. İşi dayandırmaq tələbini gözləmədən studiyaya dayanmağı təklif etdik. Bu bizi xilas etdi. Mən bildiyim qədər, aktyor, yaxud çəkiliş heyətində heç kim koronavirusa yoluxmayıb. Çəkilişlərin təqribən 45 faizi bitmişdi. Gözəl bir səhnənin ortasında idik. Nahara getdik və studiya ilə danışdıq, geri qayıdanda dedik ki, "elə bu dəqiqə hamı alətlərini qoyub çıxsın", – del Toro müsahibəsində deyib.

"Nightmare Alley" filmini çəkmədiyi aylar ərzində Gilyermo del Toro eyni zamanda özünün yeni "Pinokkio" (Pinocchio) filminin son düzəlişləri ilə məşğul olub.

Ümumilikdə film istehsalına gəlincə, rejissor belə deyib: "Mən düşünmürəm ki, biz köhnədən normal saydığımız vəziyyətə geri dönə bilərik. Hər şey bir qədər fərqli olacaq".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG