Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 16:13

Mina can almaqda davam edir


Minaaxtaranlar

Ağdam rayonunda bir hərbi qulluqçu və iki mülki şəxs minaya düşüb.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıblar.

Məlumata görə, olay dekabrın 13-də, saat 17 radələrində Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində baş verib. Nəticədə Müdafiə Nazirliyinin hərbi qulluqçusunun və bir mülki şəxsin yaralandığı, digər şəxsin isə həlak olduğu qeyd edilir.

Faktla bağlı Cinayət Məcəlləsinin uyğun maddələri ilə cinayət işi başlandığı və istintaqın aparılmasının Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edildiyi açıqlanıb.

Son vaxtlar Azərbaycanın işğaldan azad edilən ərazilərində belə hallar bir neçə dəfə baş verib. Onda da minaya düşdüklərinə görə ölənlər, yaralananlar olub.

Azərbaycanın rəsmi qurumları buna qədər bildirmişdilər ki, sentyabrın 27-dən (döyüşlər başlanandan) 100 mülki şəxs həlak olub, 400-dən çoxu isə yaralanıb. Onların bəzilərinin məhz minalara düşdükləri vurğulanıb.

Xatırlama

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG