Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Birləşmiş Ştatlarda peyvəndlərin vurulması başlanır


Vaksinlər yola salınmağa hazırlanır
Vaksinlər yola salınmağa hazırlanır

Martın sonunadək ABŞ-da 100 milyon nəfərə peyvənd vurulacaq

Dekabrın 14-dən Birləşmiş Ştatlarda COVID-19 vaksinlərinin ilk dozaları vurulmalıdır. Artıq onmilyonlarla insanın peyvənd olunmasından ötrü nəhəng logistik əməliyyat işə salınır.

Ölkədə koronavirusdan ölü sayı 300 minə yaxınlaşır. Pfizer-BioNTech şirkətinin ikidozalı vaksininin 16-85 yaşlılara vurulması təsdiqlənib. Dekabrın 14-dən 16-dək 3 milyon dozanın paylanması gözlənir.

Prioritet tibb işçilərinə, qocalar evləri sakinlərinə, eyni zamanda hökumətin fəaliyyətinin təmin olunması üçün aparıcı federal rəsmilərə veriləcək.

Martın sonunadək 100 milyon nəfər...

ABŞ-da vaksinlərin sürətlə hazırlanması üzrə aparıcı elmi müşaviri Dr. Monsef Slaoui dekabrın 13-də deyib ki, martın sonunadək 100 milyon nəfərə peyvənd vurulacaq.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar dekabrın sonunadək 40 milyon vaksinin paylanacağına ümid edir. Buraya Pfizer-BioNTech vaksini və bu həftə təcili təsdiqlənəcəyi gözlənən Moderna-nın oxşar vaksini daxildir.

Baş nazir Castin Trudeau deyib ki, bəzi kanadalılara dekabrın 14-dək vaksin vurula bilər.

Britaniyada artıq ayın əvvəlindən peyvəndləmə başlanıb, Meksika, Səudiyyə Ərəbistanı, Bəhreyn və İsrail də Pfizer-BioNTech vaksinini təsdiqləyib.

Çin və Rusiya özlərinin hazırladıqları vaksinlərlə peyvəndləməyə başlayıblar.

Birləşmiş Ştatlarda ötən həftə 1.5 milyon yeni yoluxma təsdiqlənib, dekabrın 11-də bir günə 3 min 309 ölüm halı qeydə alınıb. 109 min xəstənin hazırda xəstəxanalarda müalicə aldığı bildirilir.

Avropa

Avropa Birliyinin dərmanlar üzrə tənzimləyici orqanı dekabrın 27-dək Pfizer-BioNTech vaksinini təsdiqləməlidir. Ondan sonra birlik üzvlərində peyvəndləmənin başlanacağı gözlənir.

Dekabrın 13-dən Almaniyada yeni sərt karantin qadağaları qüvvəyə minir, ölkə yoluxmaların ikinci dalğası ilə mübarizə aparmaqdadır. Altı həftəlik qismən karantin yoluxmaları səngidə bilməyib.

“Təcili tədbir görülməlidir”, – Kansler Angela Merkel Milad bayramı qabağı yeni qadağalarla bağlı ştat qubernatorları ilə razılığa gəlib.

Dekabrın 16-dan yanvarın 10-dək yalnız supermarketlər, apteklər və banklar açıq olacaq.

Bu arada İtaliya Avropada ölü sayına görə Britaniyanı keçib. Ölkədə indiyədək koronavirusdan 64 min 520 nəfər vəfat edib. Britaniyada müvafiq rəqəm 64 min 267 nəfərdir.

Afrikanın kiçik Esvatini krallığının (keçmiş Svazilend) baş naziri koronavirusa yoluxandan iki həftə sonra vəfat edib.

Əlcəzairin 75 yaşlı Prezidenti Əbdülməcid Tebbun isə televiziyada ilk dəfə görünüb. O, oktyabrdan xəstəxanada yatırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG