Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:48

Ermənistan müxalifəti ‘sarsıntı istəmir’


Vazgen Manukyan 5 dekabr aksiyasında
Vazgen Manukyan 5 dekabr aksiyasında

Vazgen Manukyan dekabrın 5-də Yerevanda Azadlıq meydanında elan elədi ki, Baş nazir Nikol Paşinyan istefaya getməlidir, yoxsa onu buna məcbur edəcəklər

“Biz sarsıntı istəmirik. Bizə ictimai həmrəylik lazımdır”, – Ermənistanın “Vətənin xilası hərəkatı”nın baş nazirliyə namizədi Vazgen Manukyan dekabrın 9-da xalqa müraciətində belə deyib. O, “nifrət mühitinin keçmişdə qalmalı olduğunu” vurğulayıb.

Manukyan ölkə parlamentinin indiki siyasi böhranda “sabitləşdirici rol”unun vacibliyini qeyd edib.

“Hakimiyyəti dəyişmək üçün hərəkat deyil”

Baş nazirliyə namizəd hüquq-mühafizə orqanlarını ictimai asayişi dəstəkləməyə, “uduzan hakimiyyətin əlində siyasi alətə çevrilməməyə” çağırıb.

“Bu, məhdud partiyalı hərəkat deyil. Bu sadəcə, hakimiyyəti dəyişmək üçün hərəkat deyil. Bu, hər şeydən öncə, ləyaqət hərəkatı, özündən məğlubiyyət damğasını silmək, qəddini düzəldərək gələcək qurmaq uğrunda hərəkatdır”, – Manukyan vurğulayıb.

“Bu rejimin niyə öz başçısıyla birlikdə getməli olmasına əlavə izahat lazım deyil. Çünki biabırçı kapitulyasiyadan sonra başqa cür ola bilməz. Biz xalqın dəstəyilə yeni milli razılıq hökuməti formalaşdıracaq, təxirəsalınmaz məsələlərin həlli üzərində işləyəcək, yeni seçkilər hazırlayacağıq”, – Manukyan deyib.

Vazgen Manukyan dekabrın 5-də Yerevanda Azadlıq meydanında elan elədi ki, Baş nazir Nikol Paşinyan istefaya getməlidir, yoxsa onu buna məcbur edəcəklər.

“O, istənilən halda gedəcək”

“Paşinyan anlamalıdır ki, bu hərəkat – sivil yolla getmək şansıdır. Hərəkat uduzsa, qəzəbli xalq onu parçalayar. O, istənilən halda gedəcək”, – Manukyan bildirib.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bunu “zorakılığa hazırlığın açıq nümayişi” adlandırıb.

Azərbaycan qüvvələri sentyabrın 27-dən noyabrın 9-dək Dağlıq Qarabağ ətrafındakı dörd rayonu, eləcə də Şuşa şəhərini, Hadrut qəsəbəsini işğaldan azad edib. Noyabrın 10-da açıqlanmış atəşkəs sazişi ilə qalan 3 rayon da dekabrın 1-dək Azərbaycana qaytarıldı. Eyni zamanda tərəflərin təmas xəttinə və Laçın dəhlizinə 2 min Rusiya sülhməramlısı yerləşdirilib.

Atəşkəs bəyanatı açıqlanandan sonra Ermənistanda etirazlar başlanıb. Müxalifət Baş nazir Nikol Paşinyanın istefasını, yeni seçki keçirilməsini tələb edir.

Paşinyan üçün dekabrın 8-dək vaxt qoyulsa da o istefa vermədi. Artıq dünəndən Yerevanda müxalifət itaətsizlik aksiyalarına başlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG