Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 07:37

Lavrovla Çavuşoğlu Qarabağdan danışıblar


M.Çavuşoğlu və S.Lavrov

Dekabrın 8-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon söhbəti olub. Tərəflər Qarabağda baş verənləri, Ukraynada vəziyyəti və Türkiyədə Rusiyanın NTV telekanalının jurnalistləri ilə bağlı insidenti müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Dağlıq Qarabağda atəşkəsin güclənməsi naminə birgə monitorinq mərkəzi çərçivəsində əməkdaşlığı və Cənubi Qafqazda vəziyyəti gələcəkdə də sabitləşdirməyi müzakirə ediblər.

Rusiyadan iki jurnalist İstanbul ətrafında, "Bayraktar" dronlarının istehsalçısının konstruksiya bürosu yaxınlığında çəkiliş apararkən saxlanıblar. Türkiyə jurnalistlərin akkreditasiyasının olmadığını bildirib. Dekabrın 3-də saxlamış Aleksey Petruşko və İvan Malışkin sonradan buraxılıb, dekabrın 8-də Rusiyaya qayıdıblar.

Ermənistan: Status gündəmdən çıxmayıb...

Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan isə Fransada həmkarı Jan-İv Lö Drian ilə birgə mətbuat konfransında deyib ki, öz müqəddəratını təyinetmə danışıqlar proseslərinin əsas sütunu olub və hərbi güc yoluyla gündəmdən çıxarıla bilməz. Onun sözlərinə görə, Qarabağın Azərbaycanın nəzarətinə keçirilən ərazilərində "etnik təmizləmə və hərbi cinayətlər" bir daha regionun öz müqəddəratını təyinetmə hüququnun tanınmasının vacibliyini göstərir.

Azərbaycan isə Ermənistanı etnik təmizləmədə, yüz minlərlə azərbaycanlını öz ərazisindən, Dağlıq Qarabağdan və ətraf rayonlardan didərgin salmaqda ittiham edir. Bu il 44 günlük müharibə ilə Azərbaycan işğal altında olan rayonlara, eləcə də Dağlıq Qarabağın bir hissəsinə nəzarəti geri alıb. Prezident İlham Əliyev Dağlıq Qarabağın statusunun artıq müzakirə mövzusu olmadığını desə də, Ermənistan tərəfdən həmin məsələ tez-tez gündəmə gətirilir.

Multimedia

XS
SM
MD
LG