Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:39

Dünyanın 100 ən güclü qadını


Angela Merkel

“Forbes” dərgisi dünyanın ən güclü 100 qadınının siyahısını açıqlayıb. Dünyanın 30 ölkəsindən siyasət, əyləncə, biznes və digər sahələrin nüfuzlu liderləri siyahıda yer alıb.

Siyahıda dörd nəsli təmsil edən 10 ölkə başçısı, 38 şirkət rəhbəri, beş şou-biznes təmsilçisinin adı var.

Birinci yeri Almaniyanın Kansleri Angela Merkel tutub. İkinci yerdə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard, 3-cü isə ABŞ-ın yeni vitse-prezidenti seçilmiş Kamala Harris gəlir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen 4-cü, amerikalı xeyriyyəçi, “Microsoft” şirkətinin keçmiş baş meneceri Melinda Qeyts 5-ci olub.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi siyahıda 7-ci yerdədir.

XS
SM
MD
LG