Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 05:07

100 mülki şəxs həlak olub...


Oktyabrın 17-si gecə saatlarında Azərbaycanın Gəncə şəhərinə raket atılıb
Gözlə

No media source currently available

0:00 0:00:09 0:00

Oktyabrın 17-si gecə saatlarında Azərbaycanın Gəncə şəhərinə raket atılıb

Ermənistan silahlı qüvvələrinin hücumları və minaya düşmək nəticəsində sentyabrın 27-dən indiyədək Azərbaycan tərəfdən 100 mülki şəxsin həlak olduğu bildirilir. Bundan başqa, həmin hadisələr nəticəsində Azərbaycan tərəfdən 416 mülki şəxsin də yaralandığı qeyd olunur.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qurum vurğulayır ki, 548 mülki obyekt, 135 çoxmənzilli yaşayış binası və 4186 ev yararsız vəziyyətə düşüb.

Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 3 -də yaydığı açıqlamaya görə isə, bu savaşda silahlı qüvvələrin 2783 nəfər hərbi qulluqçusu həlak olub: "Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir".

Nazirlik onu da vurğulayırdı ki, 1245 nəfərin müalicəsi davam etdirilir.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin razılaşmasına əsasən də, dekabrın 1-dək Kəlbəcər, Ağdam, Laçın rayonları da işğaldan azad olunub. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Multimedia

XS
SM
MD
LG