Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:31

Parisdə müəllimin başını kəsən çeçen dəfn olunub


Qətlə yetirilmiş müəllimin anım mərasimi
Qətlə yetirilmiş müəllimin anım mərasimi

Yerli orqanlar Şalaji kəndinin 200-dək sakininə 18 yaşlı Anzorovun dəfnində iştiraka icazə verib

Oktyabrın ortasında Paris yaxınlığında fransız müəllimin başını kəsmiş çeçen yeniyetmə Çeçenistanda doğma kəndində dəfn olunub.

Yerli orqanlar Şalaji kəndinin 200-dək sakininə 18 yaşlı Anzorovun dəfnində iştiraka icazə verib. Onun nəşi bir gün öncə Türkiyədən Çeçenistana aparılıb.

"Baza" Telegram kanalında yerləşdirilmiş videoda kişilər dua oxuyur, “Allahdan başqa Allah yoxdur, Məhəmməd onun elçisidir!”, “Allah böyükdür!” şüarları səsləndirərək Anzorovun nəşini torpağa tapşırıblar.

Asayişi qorumaq, başqa yerlərdən dəfn mərasiminə kimsənin gəlməməsini təmin etmək üçün əraziyə onlarla polis əməkdaşı yerləşdirilib.

Hadisə necə olub

Fransa hakimiyyəti oktyabrda Moskvadan qaçqın Anzorovun Samuel Patini qətlə yetirdiyini açıqlayıb. Müəllimin qətlindən az sonra o, polis tərəfindən güllələnərək öldürülüb.

47 yaşlı tarix və coğrafiya müəllimi sinifdə ifadə azadlığını izah edərkən Məhəmməd peyğəmbərin karikaturalarını göstərəndən bir neçə gün sonra öldürülüb.

Fransa mediası yazırdı ki, bu müzakirə bəzi şagirdlərin valideynlərinin şikayətlərinə səbəb olub. Bir məktəbli qızın atası internetdə Patiyə qarşı “səfərbərliyə” çağırıb.

İslamda peyğəmbərin təsviri küfr sayılır.

Sözügedən karikaturalar ilk dəfə “Charlie Hebdo” satirik dərgisində dərc olunmuşdu. Dərginin ofisinə qanlı basqında təqsirləndirilənlər hazırda mühakimə edilir.

Son illər Fransada islamçı yaraqlılar tərəfindən bir neçə zorakı hücum həyata keçirilib. Qərbi Avropada ən çox müsəlman Fransada yaşayır, onların sayının 5 milyona yaxın olduğu bildirilir. Çeçenistandan xeyli sayda qaçqın da sığınacaq alıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG