Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:15

İslamçılar Fransaya qarşı etirazı dayandırdılar


İslamçılar körpüyə yığışırıq, 16 noyabr, 2020-ci il
İslamçılar körpüyə yığışırıq, 16 noyabr, 2020-ci il

Noyabrın 15-də Tehreek-e-Labaik Pakistan (TLP) qrupunun üzvləri polislə toqquşub, paytaxt İslamabada gedən yolu zəbt ediblər

Noyabrın 17-də Pakistanda bir islamçı qrup paytaxt İslamabada girişin blokadasını dayandırıblar. Hökumət onlara Fransa səfirini ölkədən qovmağı müzakirə edəcəyini boyun olub.

Fransa Prezidenti Emmanuel Makron Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmək hüququnu müdafiə edəndən sona bir sıra müsəlman ölkələrində etirazlar başlanıb. İslam dinində peyğəmbərin şəklini çəkmək yasaqdır.

Noyabrın 15-də Tehreek-e-Labaik Pakistan (TLP) qrupunun üzvləri polislə toqquşub, paytaxt İslamabada gedən yolu zəbt ediblər.

Son iki gündə saxlananlar buraxılıb

Elə həmin gün 5 minədək etirazçı qonşu Ravalpindi şəhərindən paytaxt İslamabada yürüş etməyə cəhd göstəriblər, ancaq hakim orqanlar onların yolunu yük konteynerləri ilə kəsib.

Etiraza liderlik edən ruhani hökuməti Fransanın səfirini qovmağa, fransız məhsullarını rəsmi şəkildə boykot etməyə çağırıb.

Daxili və Dini İşlər naziri noyabrın 16-da axşam etirazların liderləri ilə danışıqlar aparıb, onları əmin edib ki, parlament səfirin çıxarılmasını müzakirə edəcək.

Hökumət Fransa məhsullarının boykot olunacağına söz verib, ancaq idxalın necə qadağan ediləcəyi bəlli deyil.

“Tələblərin hamısı yerinə yetiriləndən sonra dağılışdıq”, – qrupun sözçüsü Qari Zubair deyib.

Razılaşmanın rəsmi təsdiqi olmasa da, Daxili İşlər Nazirliyi bəyanat yayaraq son iki gündə şərqi Puncab vilayətinin müxtəlif hissələrində saxlananların hamısının dərhal buraxıldığını açıqlayıb.

Ötən ay Fransada ifadə azadlığı dərsində sözügedən karikaturaları göstərən orta məktəb müəllimi bir islamçı tərəfindən qətlə yetirilib. Makron da bu qətldən sonra danışıb. Karikaturalar ilk dəfə “Charlie Hebdo” satirik dərgisində dərc olunmuşdu. Dərginin ofisinə qanlı basqında təqsirləndirilənlər hazırda mühakimə edilir.

Pakistanın Baş naziri Imran Khan deyib ki, Avropada “islamofobiyanın yüksəlişi” və Məhəmməd peyğəmbərin ələ salınması müsəlman gənclər arasında ekstremizmi artırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG