Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:15

Moldovada etirazçılar hökumətin istefasını və erkən parlament seçkiləri tələb edirlər...


Moldova - Kişinyov 6 dekabr 2020-ci il

Aksiyanı Avropa Birliyi ilə sıx əlaqələrin tərəfdarı olan, Moldovanın yeni seçilmiş prezidenti Maia Sandu çağırıb.

Moldovada hökumətinin istefası və erkən parlament seçkiləri tələb edən minlərlə etirazçı paytaxt Kişinyovun küçələrinə çıxıb.

Nümayişçilər 6 dekabrda “Biz xalqıq!” kimi şüarlar səsləndirərək, parlament binasının qarşısındakı meydanda toplaşıblar.

Aksiyanı Avropa Birliyi ilə sıx əlaqələrin tərəfdarı olan, Moldovanın yeni seçilmiş prezidenti Maia Sandu çağırıb.

Moldovada prezident seçkilərindən sonra millət vəkilləri kəşfiyyat agentliyinin nəzarətini prezidentdən parlamentə köçürən qanun layihəsini qəbul edib. Aksiyalar da bu qanun layihəsindən sonra başlayıb.

Sandu və tərəfdarları hesab edir ki, yeni qanun layihəsinin qəbulunda əsas məqsəd vəzifəyə başlamazdan əvvəl prezident səlahiyyətlərini azaltmaq və indiki iqtidarın çoxluq təşkil etdiyi parlamenti gücləndirməkdir.

Sandu keçən aykı prezident seçkilərində Rusiyanı dəstəkləyən hazırkı prezident İqor Dodon'u məğlub etmişdi.

6 dekabr mitinqində çıxışında Sandu, baş nazir İon Chicu hökumətinin istefasını və erkən parlament seçkilərini tələb edib:

"İgor Dodon məğlubiyyətini etiraf etmək istəmir. İndi ölkəyə od vurmaq, qarışıqlıq yaratmaq, Moldovanı beynəlxalq təcrid vəziyyətinə salmaq istəyir".

Moldovanın Konstitusiya Məhkəməsi Sandunun prezident seçkilərində qələbəsini rəsmi olaraq dekabrda 10-da təsdiqləməsi gözlənilir. İki həftə sonra isə onun andiçməsi planlaşdırılır.

XS
SM
MD
LG