Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 03:58

S.Dadaşbəyliyə görə hökumət cərimələndi


S.Dadaşbəyli

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, dekabrın 3-də dövlət çevrilişinə cəhd, dövlətə xəyanət kimi ittihamlarla 13 il 6 ay həbsdə saxlanan Səid Dadaşbəylinin şikayəti üzrə qərarını açıqlayıb.

Vəkil Fariz Namazlının verdiyi məlumata görə, AİHM Avropa Konvensiyanın 6.1-ci (Ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusunu tanıyıb və S.Dadaşbəyliyə mənəvi zərərə görə 3600 avro kompensasiya təyin edilib.

O, bu il iyulun 15-də vaxtından əvvəl azadlığa çıxıb. Azadlığa çıxandan sonra S.Dadaşbəyli heç bir zaman özünü günahkar bilmədiyini, bəraət almağa çalışacağını deyib.

2007-ci il dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi S.Dadaşbəyli və onunla birgə tutulan 10-a qədər şəxsə hökm oxuyub. S.Dadaşbəyli 14 il, Rəşad Əliyev 14 il, Ceyhun Əliyev 14 il, Fərid Ağayev 13 il, Samir Qocayev 13 il, Bəybala Quliyev 13 il, Cahangir Kərimov 13 il, Rasim Kərimov 13 il, Emil Möhbalıyev 12 il, Mikayıl İdrisov isə 12 il azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 218-ci (cinayətkar birlik yaratmaq), 274-cü (dövlətə xəyanət), 228-ci (qanunsuz odlu silah saxlamaq), 204-cü (saxta pul və qiymətli kağızlar hazırlamaq və satmaq) və başqa maddələrlə ittiham ediliblər,

Hüquq müdafiə təşkilatları onları siyasi məhbus kimi tanıyıb. İstintaq müddətində onlara ağır işgəncələr verildiyi iddia edilib.

Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Üstəlik, hüquq-mühafizə orqanları təcridxana və cəzaçəkmə müəssisələrində təqsirləndirilən şəxslərə işgəncə verilməsi ilə bağlı şikayətləri də, bir qayda olaraq, əsaslı saymırlar.

XS
SM
MD
LG