Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 05:53

4267 yeni yoluxma, 40 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 2566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı dekabrın 4-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 41 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 138000 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 83800 nəfər müalicə olunaraq sağalıb, 1551 nəfər vəfat edib, aktiv xəstə sayı 52649 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 15808, ötən müddət ərzində isə ümumilikdə 1797026 test aparılıb.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG