Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Ermənistanın keçmiş naziri Qarabağa köçdü və...


Mane Tandilyan
Mane Tandilyan

Mane Tandilyan deyir ki, hazırda Qarabağdadır və gələcək planları haqda məlumat verəcək

Mane Tandilyanın Dağlıq Qarabağdakı rejim tərəfindən Əmək, Sosial Məsələlər və Mənzil Şəraiti naziri təyin olunduğu bildirilir.

Qarabağdakı separatçıların lideri Araik Arutyunyan dekabrın 2-də verdiyi sərəncamla Mikael Virabyan bu vəzifədən azad olunub, başqa işə keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev isə dekabrın 1-də xalqa müraciətində deyirdi ki, artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub.

“İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar”, – Əliyev deyib.

***

Ermənistanın keçmiş əmək və sosial məsələlər naziri, müxalifətin “İşıqlı Ermənistan” fraksiyasından keçmiş deputat Mane Tandilyan Dağlıq Qarabağa köçdüyünü bildirib.

Tandilyan səhhətilə əlaqədar bu ilin avqustundan deputat mandatından imtina edib. O, “Facebook” səhifəsində yazıb ki, oktyabrda xaricə müalicəyə getməliydi.

“Ancaq müharibə hamımızın yerinə qərar qəbul etdi. Müharibə qurtarandan dərhal sonra Artsaxa (ermənilər Qarabağa belə deyirlər) getdim. Ordakı vəziyyətlə tanış olunca mənə aydın oldu ki, müalicəmi kəsib Artsaxa yaşamağa köçürəm”, – Tandilyan yazıb.

Tandilyan öz təşəbbüsü ilə Qarabağdakı separatçıların lideri Araik Arutyunyanla görüşdüyünü, ona qərarı haqda məlumat verdiyini deyir. Onun sözlərinə görə, Arutyunyan bundan şad olub və bir neçə variantı nəzərdən keçirməsini istəyib.

Mane Tandilyan deyir ki, hazırda Qarabağdadır və gələcək planları haqda məlumat verəcək.

“Artsax yaşamalıdır və bizim borcumuz Artsaxa yaşamağa kömək etməkdir”, – keçmiş deputat deyir.

Azərbaycan bu il 44 günlük müharibə nəticəsində 4 rayonu, Şuşanı, Hadrutu işğaldan azad edib. Sonradan atəşkəs razılaşması çərçivəsində daha 3 rayon qaytarılıb. Ancaq Qarabağın əsas hissəsi ermənilərin nəzarətində qalıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG