Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:52

Türkiyəli tarixçi: 'Makron yaxşı dövlət xadimi deyil...'


R.T.Ərdoğan və E.Makron
R.T.Ərdoğan və E.Makron

Noyabrın 25-də Fransa Senatının Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyinin tanınması barədə qətnaməsinin hansı təsirləri ola bilər?

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev öz Twitter hesabında yazıb ki, bu qətnamə heç bir əhəmiyyət kəsb etmir: "Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur".

Fransa Senatının qəbul etdiyi qətnamədə həmçinin, Türkiyəyə qarşı cavab addımlarının da atılması zəruri sayılır. Sənəddə 20 il əvvəl Fransanın erməni soyqırımını tanıdığı xatırlanır və hökumətə çağırış edilir ki, avropalı tərəfdaşları ilə Türkiyəyə cavab addımları hazırlasın, Dağlıq Qarabağ xalqına humanitar yardım edilsin. Fransa hakimiyyəti tez-tez Türkiyəni Qarabağ məsələsinə müdaxilədə, Azərbaycana yardımlarda ittiham edir.

ABŞ-da yeni rəhbərlik Azərbaycanla bağlı siyasətini dəyişə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

"Makron lap ayrıdır"

Türkiyəli tarixçi-alim İlber Ortaylı deyir ki, Fransanın Türkiyəyə qarşı siyasəti yenilik deyil. Amma o, hesab edir ki, Fransanın qəbul etdiyi belə qətnamələrin ciddi bir təsiri yoxdur:

"Fransa və Türkiyə arasında mədəni, tarixi bağlar çox güclüdür. Amma Fransanın bir müddətdir Türkiyə əleyhinə siyasəti var. Fransanın qərarlarının bir təsiri olacağını zənn etmirəm. Bəzi digər ölkələrin, tutulam, ABŞ-ın qərarlarının təsiri var, amma Fransanın düşünmürəm. Biz Fransanı sevən bir millətik. Azərbaycan da çox sevir. Bu, başqa bir məsələdir. Amma Fransa siyasəti ayrıdır. Makron lap ayrıdır. De Qoll ayrı bir siyasətçidir, Şirak ayrı bir. Şirakın Türkiyə ilə münasibətləri yaxın idi. Şirak bir dövlət xadimi idi. Amma Makron yaxşı bir dövlət xadimi deyil, təəssüf ki, yetişməyib. Fransa təsirli ola bilərmi? Heç zənn etmirəm. Nə təsiri olasıdır? Ola bilər, bəzi yerlərdə olsun, amma kimsəyə təsiri olmaz. Fransa böyük bir dövlətdir, "böyük beşlər"dən biridir amma, təsiri elə də çox yoxdur".

Fransa hökumətində Avropa məsələləri naziri Jan-Batist Lemuan bildirib ki, Fransa hökuməti sözügedən qətnaməni dəstəkləmir və onun qəbulu heç bir tərəf üçün xeyirli deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG