Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:35

Bolqarıstanda məktəblər, restoranlar bağlanır


Paytaxt Sofiyada koronavirus qadağalarına etiraz edən qadın

Bolqarıstan hökuməti koronavirus qadağalarını sərtləşdirir, yoluxmaları səngitmək üçün restoranlar və məktəbləri bağlayır.

Yeni qaydalar noyabrın 27-dən dekabrın 21-dək qüvvədə olacaq. Məqsəd “vaksinlər gələnədək daha çox adamın sağlamlığını qorumasına imkan yaratmaqdır”, – koronavirusla mübarizə qrupunun başçısı Ventsislav Mutafçiyski deyib.

“Evdə qalmaqdan danışmırıq, məqsəd yoluxma və ölüm hallarını məhdudlaşdırmaqdır”, – Mutafçiyski sözlərinə əlavə edib.

Noyabrın 25-də 4 min 300-dən çox yoluxma halı qeydə alınıb və ümumi yoluxma sayı 129 mini keçib.

6 min 300-dən çox xəstənin xəstəxanalarda, onlardan 400 qədərinin reanimasiyada olduğu bildirilir.

Yeni qadağalara görə, bütün restoranlar, barlar, kafelər, gecə klubları, ticarət mərkəzləri və idman zalları bağlanır. Universitetlər və məktəblər distant təhsilə keçir, bağçalar qapadılır.

XS
SM
MD
LG