Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 03:55

Qazaxıstanda bloqer psixiatrik klinikaya göndərilib


Aygül Otepova xəstəxanaya aparılır

Məhkəmənin müvafiq qərarını ötən həftə apelyasiya məhkəməsi də qüvvədə saxlayıb

Qazaxıstanda bloqer və jurnalist Aygül Otepova qadağan olunmuş təşkilatla işləmək itithamıyla məhkəmə qərarıyla psixiatrik klinikaya göndərilib.

Paytaxt Nur-Sultanda polis noyabrın 23-də Otepovanı mənzilindən çıxararaq klinikaya aparıb. Məhkəmənin müvafiq qərarını ötən həftə apelyasiya məhkəməsi də qüvvədə saxlayıb.

Polis maşınına oturdulan Otepova AzadAvropa/AzadlıqRadiosu-nun müxbirinə deyib ki, onun səhhətində problem yoxdur. “Bu qərar siyasi motivlidir”, – Otepova vurğulayıb.

50 yaşlı jurnalist sentyabrın 17-də ev dustağı edilmişdi. Bundan öncə Facebook postunda koronavirus pandemiyasına qarşı hakimiyyətin fəaliyyətini tənqid etmişdi.

Hakimiyyət isə onu müxalifətin Qazaxıstanın Demokratik Seçimi (DVK) hərəkatını dəstəkləməkdə ittiham edir. Bu təşkilat ekstremist hesab edilərək qadağan olunub.

Otepova isə DVK ilə bağlılığı olmadığını, müstəqil jurnalist və bloqer kimi işlədiyini deyir.

“Amnesty International” təşkilatı bu yaxınlarda verdiyi bəyanatında Otepovanı “sadəcə fikirlərini dinc şəkildə ifadə etdiyinə görə təqibə məruz qalan vicdan məhbusu” adlandırıb, onun dərhal azad olunmasına çağırıb.

Qazaxıstan hökuməti müstəqil və müxalifət jurnalistlərinə təzyiq göstərdiyinə görə insan haqları qrupları tərəfindən tənqid olunur.

XS
SM
MD
LG