Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:59

Astronavtlar BKS-ya çatdılar


Arxiv fotosu

SpaceX şirkətinin apardığı dörd astronavt noyabrın 17-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatıb. NASA bununla ABŞ-ın Rusiya raketlərindən asılılığına son qoyacaq müntəzəm missiyaların başlanacağına ümid edir.

“Resilience” kosmik cihazı ABŞ-ın Ohayo ştatından 400 km yüksəklikdə yerləşən stansiyaya avtonom şəkildə yan alıb. Bu səyahət 27.5 saat çəkib.

Heyətə üç amerikalı – Maykl Hopkins, Viktor Qlover, Şanon Uolker və yaponiyalı Soiçi Noquçi daxildir.

Onları stansiyanın dörd nəfərlik heyəti alqışlayaraq qarşılayıb.

Noquçi orbitə özəl kosmik gəmidə qalxan ilk qeyri-amerikalıdır.

Hazırda stansiyada iki rusiyalı və bir amerikalı var, yeni gələnlər orada altı ay qalacaq.

XS
SM
MD
LG