Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

AzadlıqRadiosu-nun Yerevan bürosuna hücum olub


Hökumət binasına hücum, Yerevan, 10 noyabr, 2020-ci il
Hökumət binasına hücum, Yerevan, 10 noyabr, 2020-ci il

Noyabrın 10-da səhər büroya hücum edənlər radionun Ermənistan xidmətinin ünvanına “satqınlar”, “türklər” deyə qışqırıblar

AzadAvropa/AzadlıqRadiosu-nun Yerevandakı bürosuna təxminən 40 nəfərlik dəstə hücum edib. Bu, Ermənistanın Azərbaycanla Rusiyanın vasitəçiliyi ilə razılaşma imzalamasından sonra baş verib.

Noyabrın 10-da səhər büroya hücum edənlər radionun Ermənistan xidmətinin ünvanına “satqınlar”, “türklər” deyə qışqırıblar. Qeyd edək ki, gecədən Yerevanda küçələrə çıxanlar sözügedən sazişi Dağlıq Qarabağın təslim edilməsi hesab edirlər.

“Siz dostlarımın Dağlıq Qarabağda ölməsinə görə məsuliyyət daşıyırsız”, – hücum edənlərin biri deyib.

Digərləri isə “Azatutyun”un kompüter serverlərini dağıtmaqla jurnalistlərin efirə çıxmasını önləmək istədiklərini deyiblər.

Ermənistan Jurnalistlər Birliyi hücumları, mediaya qarşı istənilən təhdidi pisləyib.

Ermənistan xidmətinin İcraçı prodüseri Artak Hambardzumyan deyib ki, hücum edənlərin birinin Ermənistan İnqilab Federasiyasının (Daşnaksutyun) üzvü Gerasim Vardanyan olduğunu müəyyənləşdirib. Daşnaksutyun 20-dən çox siyasi partiya ilə birlikdə Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Hambardzumyanın sözlərinə görə, dəstə ofisin qapısını sındırmağa, ona və operatora hücum etməyə çalışıb.

Gecə saatlarında Yerevanda xaotik səhnələr yaşanıb, etirazçılar hökumət binalarına və parlamentə hücum ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG