Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 09:35

Dövlət Bayrağı günüdür


Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Bu bayrağı Rəsulzadə özü tikib

Bu gün, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü qeyd edilir.

2009-cu il noyabrın 17-də prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı günü kimi rəsmiləşdirib.

Bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin iclasında qəbul edilib və 1920-ci il aprelin 28-nə (AXC-nin süqutuna) kimi dövlət statusuna malik olub.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. Həmin il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı qəbul edilib.

2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun qəbulu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, Dövlət Bayrağı günü qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

2007-ci ildən Müstəqillik günü (18 oktyabr) və Konstitusiya günü (12 noyabr) isə iş günü elan edilib.

XS
SM
MD
LG