Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:07

Co Bayden ABŞ-ın 46-cı prezidenti olur


Bayden
Bayden

Yerli mediada yayımlanan seçki nəticələrinə görə, demokrat Co Bayden, Amerika Birləşmiş Ştatlarının növbəti prezidenti seçilib. Co Bayden əlli ilə yaxındır siyasətdədir.
Bayden seçicilərin qarşısıdna işçilərin mənafeyinin müdafiəçisi kimi çıxıb, çünki özü işçi ailəsindəndir.
Bayden, Pensilvaniya ştatında anadan olub. Atası işlənmiş maşın satmaqla ailəsini dolandırıb, ailə maddi çətinlik çəkib.
Bayden hüquq diplomuna yiyələnəndən sonra 30 yaşında Delaver ştatından Senat seçkilərində qalib gəlib və Amerika tarixinin ən gənc senatorlarından biri olub.
36 il bu vəzifədə çalışıb və bir neçə dəfə Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edib.
Barak Obama dövründə vitse-prezident postunadək yüksəlib.

Bayden bundan əvvəl də - 1988 və 2008-ci illərdə Demokratların prezidentliyə namizədi olmaq üçün çalışıb, amma hər ikisində uğursuz nəticələnib. Amma nəticədə Obamanın rəhbərliyi altında vitse-prezident olub və bu da onu afro-amerikalılar arasında populyar bir şəxs edib.
Mövcud seçki kampaniyasında Bayden özünü ölkəni birləşdirməyə qadir bir lider kimi göstərib.


Demokrat namizəd Co Bayden


“Seçki proqramımız partiyamızın və ölkəmizin bütün müxtəlifliyini əks etdirir. Bu, belə olmalıdır, çünki biz hamını nəzərə almalıyıq. Donald Trampı məğlub etməliyik və edəcəyik, amma onun kimi olmamalıyıq. İki partiya arasında bitməyən bir müharibə başlatmaq olmaz. "
Baydenin iddialı proqramı, olduğundan daha yaxşısını yenidən qurmaq adlanır. Proqramın əsas məqsədi Amerika iqtisadiyyatında pandemiyanın yaratdığı böhrandan sonra durğunluğu aradan qaldırmağa kömək etməkdir. Proqrama üç milyon əlavə iş yerinin yaradılması üçün məktəbəqədər təhsil, səhiyyə və təhsil sahələrinə investisiyalar daxildir.
Seçki kompaniyası dövründə Bayden səhiyyədə islahatları da özünün vazkeçilməz məqsədi adlandırıb, xüsusən də öz ailə həyatında yaşadıqlarını nəzərə alaraq. Onun oğlu Bo Bayden 46 yaşında xərçəngdən vəfat edib, birinci həyat yoldaşı və qızı isə 1972 ildə avtomobil qəzasında həlak olublar.
Beynəlxalq siyasətdə Bayden ABŞ-ı yenidən “masanın başına” gətirməyi planlaşdırır.
Mövcud seçki kampaniyası zamanı Bayden, İranla 2015-ci ildə bağlanan müqaviləyə qayıtmaq istədiyini açıq şəkildə bildirib. Sözügedən müqavilə sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutur.
Trump bu razılaşmadan 2018-ci ildə geri çəkilib.
Bayden Rusiyaya qarşı sərt mövqeyi ilə tanınır. Rusiyanın Ukrayna münaqişəsindəki rolunu və 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsini pisləyib.
Bayden, ABŞ-ın Trampın "Amerika əvvəl" şüarından zəifləmiş müttəfiqləri ilə əlaqələrini bərpa etmək istəyir.

Bayden rəqibi Trump kimi qadın həmkarlarına yersiz davranışlar etməkdə də ittiham olunub. Qadın həmkarlardan biri hətta onu cinsi təcavüzdə də günahlandırıb, amma Bayden özü bunu qəti inkar edib.
Bayden vitse-prezident olduğu zaman oğlu Hunterın Ukraynadakı qaz şirkəti “Burisma”nın idarə heyətində təmsil olunduğuna görə də tənqid olunub.
Həm Bayden, həm də oğlu bunda qanun pozuntusunun olmadığını iddia edib, lakin Hunter Bayden bu vəzifəni qəbul etməsinin səhv olduğunu etiraf edib.
Baydenin noyabr ayında 78 yaşı tamam olacaq və vəzifəyə gəldiyi zaman ən yaşlı prezident olacaq.

Kaliforniyadan olan senator və keçmiş baş prokuror Kamala Harris isə vitse-prezident postuna yiyələnəcək. Onun valideynləri Hindistan və Yamaykadan gələn mühacirlərdir. O, Amerika tarixində üçüncü qadın və ilk qara dərili vitse-prezidentliyə iddialıdır.
ABŞ-ın yeni prezidenti 2021-ci il yanvarın 20-dən səlaiyyətlərinin icrasına başlayacaq.

Co Bayden və Kamala Harris barədə nə bilirik?

Kamala Harris və Co Bayden, 12 sentyabr 2019
Kamala Harris və Co Bayden, 12 sentyabr 2019


İki müddətdə vitse-prezident olmuş Co Bayden prezident Donald Trampla çox gərgin yarışda qalib gəlib.
Bayden 2020-ci il ABŞ seçkisini “ölkənin qəlbi uğrunda mübarizə” adlandırmışdı.
Bu, uzun müddət senator olmuş Co Baydenin Ağ Ev uğrunda mübarizədə üçüncü cəhdi idi.
Burası da var ki, Co Bayden 2021-ci ilin yanvarında prezident səlahiyyətlərini qəbul etməklə, həm də kəskin parçalanmış ABŞ cəmiyyətinə rəhbərliyi qəbul etmiş olacaq.
Co Bayden 30 ildən uzun müddətdə ABŞ senatoru olub. O habelə prezident Barak Obamanın iki müddətində onun vitse-prezidenti idi. İndi isə bu peşəkar siyasətçinin prezident seçkisinin qalibi elan ediləcəyi gözlənilir.
Co Bayden bu yarışda özünə vitse-prezident olaraq Kamala Harrisi seçib. O Demokratik Partiyanın mötədil və mütərəqqi qanadları arasında körpü yaratmalı olacaq.
Kamala Harris özünün siyasi karyerasına Kaliforniyada cinayətkarlığa qarşı mübarizə ilə başlayıb.
Co Baydenin vitse-prezidenti olmaq həm də onun üçün dörd ildən sonra prezidentliyə namizədliyini irəli sürmək imkanı yaradır.
Kamala Harris həm də ABŞ tarixində ilk qarışıq irqli qadın vitse-prezident olacaq.
O bundan əvvəl Kaliforniya ştatının senatoru, prokuroru və baş prokuroru kimi fəaliyyət göstərib.
Bəzi şərhçilərin rəylərinə görə Bayden bir prezident kimi Obama administrasiyasının xarici siyasətinə yaxın siyasət yeridəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG