Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Bayden Pensilvaniyada da Trampdan önə çıxır


Səssayma davam edir
Səssayma davam edir

Bir sıra media orqanlarının məlumatına görə, noyabrın 6-da Bayden 917 səs fərqliə önə çıxıb

ABŞ prezident seçkisində demokrat namizəd Co Bayden Corciya və Pensilvaniya ştatlarında irəli çıxaraq Ağ Evə sahiblənmək şanslarını artırıb.

Noyabrın 6-da Pensilvaniyada səslərin sayılması hələ də davam edir, amma Bayden 5000 səs fərqi ilə hazırkı prezident Donald Trump-dan irəli çıxıb.

Pensilvaniyadakı 20 seçki kollegiyası səsini əldə etmək və Corciya, Nevada və Arizna ştatlarından ikisində qalib gəlməklə Bayden ona prezidentlik üçün lazım olan 270 səs baryerini keçə bilər.

***

Keçmiş vitse-prezident Co Bayden həlledici ştatlardan Corciyada Prezident Donald Trampdan önə çıxıb. 3 noyabr prezident seçkisinin bülletenləri hələ də sayılmaqdadır.

Bir sıra media orqanlarının məlumatına görə, noyabrın 6-da Bayden 917 səs fərqliə önə çıxıb. Corciya ştatından 16 seçki kollegiyası səsi olmadan Tramp qalib olmaq üçün gərəkən 270 səsi yığa bilməyəcək.

Bayden Corciyada qalib gələrsə, 1992-ci ildə Bill Klintondan sonra bu ştatda udmuş ilk demokrat namizəd olacaq.

O, Nevada və Arizona ştatlarında cüzi fərqlə irəlidədir. Tramp isə Pensilvaniyada öndə gedir.

Amerikalılar narahatlıqla seçkinin nəticəsinin elan olunmasını gözləyirlər.

İddialar

Bu arada Tramp heç bir dəlil ortaya qoymadan, hələ səssayma prosesinin davam etdiyi ştatlarda saxtakarlıq baş verdiyini iddia edib, hüquqi addımlar atmaqla hədələyib.

Bayden Pensilvaniyada, yaxud Corciya, Nevada və Arizona üçlüyündən ikisində qalib olarsa prezident seçilir. Tramp isə qalib olmaqdan ötrü Pensilvaniyadakı üstünlüyünü saxlamalı, Baydeni Corciyada və Nevada, yaxud Arizonada məğlub etməlidir.

Seçki nəticələrinin xəritəsi daraldıqca Trampın seçki qərargahı səssayma prosesinə qarşı hüquqi addımlara start verib, eyni zamanda seçkinin nəticələrini şübhə altına alır.

Prezident elə kampaniya dövründə də ölkənin səsvermə sisteminin bütövlüyünə hücum edir, seçki saxtakarlığına dair əsaslandırılmamış iddialar irəli sürürdü.

Tramp istəyir ki, noyabrın 3-də məntəqələr bağlanandan sonra qəbul edilmiş bülletenlər sayılmasın. Ancaq bəzi ştatlarda yerli qanunvericilik buna icazə verir.

Prezident noyabrın 5-də Ağ evdə brifinqdə bir daha dəlilsiz iddia edib ki, Demokratlar “seçkinin nəticəsini oğurlamağa çalışırlar”.

Bir məhkəmə iddianı rədd edib

Prezidentin çıxışını canlı yayan Twitter və Facebook sosial media platformaları kontentlə bağlı xəbərdarlıq ediblər.

Bəzi hüquq ekspertlərinin fikrincə, məhkəmə iddiaları seçkinin nəticəsinə təsir göstərməyəcək. Noyabrın 5-də Miçiqanda bir məhkəmə Trampın seçki qərargahının ştatda səssaymanın dayandırılması ilə bağlı iddiasını rədd edib.

Bayden isə amerikalıları seçki prosesinə inanmağa çağırıb, sonucda qalib olacağına inamlı görünüb.

“Heç kəs demokratiyamızı əlimizdən ala bilməz. Nə indi, nə də heç vaxt”, – o, tvitində yazıb.

Bəzi yerlərdə Trampın tərəfdarları və əleyhdarları yığışıb. Nümayişlər əsasən dinc keçsə də, qruplar arasında kiçik toqquşmaların olduğu da xəbər verilir.

Bayden hətta Pensilvaniyada udmasa belə, Arizona və Nevadada qələbələr ona 270 səsi yığmağa imkan verəcək.

Noyabrın 6-da Bayden Arizonada 50.1 – 48.5, Nevadada isə 49.4 – 48.4 fərqlə öndədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG