Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:16

ABŞ-da bir günə 123 min yoluxma təsdiqləndi


Arxiv fotosu
Arxiv fotosu

1220 ölüm halı qeydə alınıb

Birləşmiş Ştatlarda koronavirusa yoluxma halları yeni rekord vurub. Noyabrın 5-də 123 min 85 nəfərin yoluxduğu açıqlanıb.

1220 ölüm halı qeydə alınıb.

Noyabrın 4-də də rekord- 99 min 660 yoluxma təsdiqlənmişdi.

Noyabrın 5-də 50 ştatdan azı 19-da gündəlik yoluxmalarda artım qeydə alınıb.

Bu arada Avropanın bir çox ölkələrində karantin rejimləri gücləndirilib. Noyabrın 5-də London polisi koronavirus qaydalarını pozduğuna görə 104 nəfərin həbs olunduğunu bildirib.

Qadağalara baxmayaraq yüzlərlə adam Londonun mərkəzinə yığışıbmış.

Avropada etirazlar

“Bu gecə bir qrup insan yeni qaydalara məhəl qoymamağı, məsuliyyətsiz davranmağı və təhlükəli şəkildə görüşməyi seçdi”, – London polisi bildirib.

“100-dən çox şəxs saxlanıb və hərəkətlərinə görə cəzalandırılacaqlar”, – məlumatda deyilir.

Britaniyada COVID-19 yoluxmaları bir milyonu keçəndən, ikinci dalğanın səhiyyə xidmətinə təhdidindən sonra ölkədə yeni karantin elan olunub.

Sloveniya polisi noyabrın 5-də hökumətə və koronovirus qadağalarına qarşı çıxanları su şırnağıyla dağıdıb.

STA xəbər agentliyinin məlumatına görə, toqquşmalar paytaxt Lyublyanada parlament binasına keçib, solçu qrupların başçılıq etdiyi etirazçılar polisə daş və məşəllər atıblar.

Agentlik 2012-ci ildən bəri ilk dəfə olaraq ölkədə su şırnağından istifadə olunduğunu bildirib. Həmin il paytaxtda korrupsiyaya qarşı nümayişlər keçirilmişdi.

Artıq Avropa epidemiyanın episentrinə çevrilib. “AFP” Avropada yoluxmaların 11.6 milyon keçdiyini bildirir.

Dünyada isə 48 milyondan çox insanın virusa yoluxduğu təsdiqlənib, azı 1 milyon 226 min nəfər vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG