Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:00

Moldovada seçkinin ikinci turu keçiriləcək


İqor Dodon (sağda) və Maya Sandu

Moldovanın keçmiş baş naziri, avropapərəst PAS müxalifət partiyasının lideri Maya Sandu seçkidə önə sıxıb. Artıq protokolların 99,95 faizinin sayıldığı xəbər verilir. İlkin nəticələrə görə, Sandu səslərin 36.15, prezident İqor Dodon isə 32.62 faizini yığıb.

***

Moldovada prezident seçkisinin ikinci turu keçiriləcək. Noyabrın 1-də rusiyapərəst prezident İqor Dodon və onun qərbyönlü rəqibi Maya Sandu qələbə qazana bilməyiblər.

Mərkəzi Seçki Komissiyası bülletenlərin 90 faizindən çoxunun sayıldığını bildirir. Dodonun 36 faiz, Sandunun 32 faiz səs yığdığı açıqlanıb.

Qələbə üçün namizəd 50 faizdən artıq səs yığmalıydı. Noyabrın 15-də seçkinin ikinci turu gözlənir.

2016-cı ildə Dodon ikinci turda Sandunu 5 faizdən də az fərqlə geridə qoymuşdu, ancaq səsvermədə saxtakarlıq iddiaları səslənirdi.

Siyasi təhlilçi Valentin Naumesku AzadAvropa/AzadlıqRadiosu-nun Moldova xidmətinə deyib ki, birinci turun nəticəsi “gözlənən” idi.

Onun fikrincə, Dodon mövqeyini gücləndirərək ikinci turda qalib gələcək.

3.5 milyon əhalisi olan Moldova Avropanın ən yoxsul ölkəsidir. Bir tərəfdə Rusiya, digər tərəfdə Avropa Birliyi (AB), özəlliklə qonşu Rumıniya ilə əlaqələr tərəfdarları arasında kəskin uçurum var.

Ölkənin separatçı Dnestryanı regionu 1990-cı illər müharibəsindən sonra faktiki müstəqildir.

Şərhlər

XS
SM
MD
LG