Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:58

Ağır xəstəlikdən əziyyət çəkən inanclı fəala ağır cəza


Ş.Həsənov
Ş.Həsənov

Müsəlman Birliyi Hərəkatının həbsdəki fəallarından Şamil Həsənov 4 il 6 ay azadlıqdan məhrum edilib. Oktyabrın 27-də Binəqədi rayon Məhkəməsində hakim onun haqqında belə hökm çıxarılıb.

Ş.Həsənov CM-in 228.1 (qanunsuz silah saxlama) və 167-3.1 (dini ekstremist materialları hazırlama, yayma və ya saxlama) maddələri ilə ittiham olunur. Amma Ş.Həsənov özünü təqsirli bilmir. Onda nə silah, nə də dini ekstremist materiallar olmadığını deyir.

Hakim hökmü elan etməmişdən öncə Ş.Həsənov son sözündə də günahsız olduğunu vurğulayıb. Ağır xəstəlikdən əziyyət çəkdiyini deyən Ş.Həsənovun sözlərinə görə, ailəsinin yeganə qazanc gətirəni o idi. Onun həbsindən sonra ailəsi, üç övladı acınacaqlı vəziyyətə düşüb. İnanclı fəal son sözünü hakimdən belə vəziyyətə biganə qalmamağı, ədalətli hökm çıxarmağı istəməklə bitirib.

Hakim Vüsal Tağıyev təxminən bir dəqiqəlik müşavirədən sonra onun hər iki maddə üzrə təqsirli bilinməsi və 4 il 6 ay həbs cəzası kəsilməsi haqda hökmü elan edib.

"Guya evdən silah tapılıb"

Ş.Həsənovun yaxınları AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: "Günahsız bir adamı evindən aparıb, üstünə silah, başqa şeylər qoyub belə ağır cəza verdilər. Şamil xeyli vaxtdır beyin xərçəngindən əziyyət çəkir, əməliyyat olunur, dərmanla yaşayan adamdır. O vəziyyətdə işləyib ailəsini dolandırırdı. Bu hökmü verənlər o üç uşağın ahından qorxmur?".

Ailə üzvlərinin bildirdiyinə görə, Ş.Həsənovu iyunun 22-də axşam saat 17.00 radələrində evdən mülkigeyimlilər aparıb. Bir gün sonra öyrəniblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir:

"Guya onu küçədə tutublar, guya evdən silah tapılıb... Hamısı yalandır. Bir gün sonra evə nə qədər adam gəlmişdi, heç nə də yox idi. Bilə-bilə ki, Şamili həbs ediblər, kim evdə silah saxlayar? O evdə silah ümumiyyətlə, olmayıb".

Yaxınları hesab edir ki, Ş.Həsənov Müsəlman Birliyi Hərəkatının fəalı olduğuna görə cəzalandırılır.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və təşkilatın onlarla üzvü həbsdədir, qəsdən adamöldürmə və başqa cinayətlərdə ittiham ediliblər. Onlar günahsız olduqları, həbs olunarkən işgəncələrə məruz qaldıqlarını bildirirlər. T.Bağırov 20 il həbs cəzası alıb.

Daxili İşlər Nazirliyi işgəncələr barədə iddiaları təkzib edib, bu barədə deyilənlərin özünümüdafiə cəhdi olduğunu açıqlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG