Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Vaşinqton görüşlərinin Azərbaycanda yozumları...


Dağlıq Qaabağın xəitəsi
Dağlıq Qaabağın xəitəsi

Oktyabrın 23-də ABŞ Dövlət katibi Mike Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

Azərbaycan Xarici İşlər naziri C.Bayramov həmçinin, ATƏT-in Minski qrupunun həmsədrləri ilə də görüşüb.

Bütün bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsi və cəbhə bölgəsindəki vəziyyətdən bəhs edildiyi bildirilir.

“Bu özü olduqca vacib idi”

Milli Məclisin sədr müavini, depiutat Fəzail İbrahimli “Turan” agentliyinə deyib ki, bu görüşlər kifayət qədər əhəməiyyət kəsb edirdi:

“ Xarici İşlər naziri Ceyhun Bayaramov hazırkı reallığı ABŞ-ın kifayət qədər yüksək vəzifəli şəxsləri ilə bölüşdü, bu özü olduqca vacib idi. Haqqı, reallığı sənədlər, faktlar əsasında ortaya qoydu..."

Vitse-spikerin deməsinə görə, Azərbaycan tərəfi öz mövqeyini ortalığa qoyub ki, sülh tərəfdarıdır, amma qarşı tərəf buna əməl etmək istəmir:

“Azərbaycandan aqressiv dövlət obrazı yaratmaq istəyən qüvvələrin önünə sədd çəkildi. Bu ciddi məsələ idi”.

Bu görüşlərin problemin dinc vasitərlərlə həll olunmasına köməyinə gəlincə, deputat deyib ki, bu Ermənistan hərbi qüvvələrinin işğal altında olan ərazilərdən çıxdıqları halda mümkün olar.

“Anladı ki,...”

Zədüşt Əlizadə, arxiv foto
Zədüşt Əlizadə, arxiv foto

Politoloq Zərdüşt Əlizadə da Azadlıq Radiosuna bildirib ki, görüşlərin faydası olub:

“Faydası bu olub ki, diplomatlar gerçək vəziyyəti nə qədər düzgün anlayıb qiymətləndirsələr bu hansısa problemin həllinə faydalı olar. Ermənistan Qərbin hansısa köməyinə qəti ümid edirdi. Ona görə də mövqelərini dəyişmədən inadla durmuşdular. Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan ABŞ dövlət katibi M.Pompeo ilə, ATƏT-in Minsk qrupu həmədrləri ilə görüşdü. Anladı ki, Qərbdən, ATƏT-in Minsk qrupundan kömək gözləməyinə dəyməz”.

Sülhün şərtlərinə gəlincə Z.Əlizadə hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyev şərtləri elan edib. Onun xatırlamasına görə, dövlət başçısı deyib ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərziləri tərk etməlidir, artıq status-kvo, təmas xətti yoxdur.

“Rusiya təkbaşına bu bölgədə problemin həlli ilə bağlı hegemon mövqeyə sahib olsa...”

Politoloq Nəsimi Məmmədli də vurğulayıb ki, bütün münaqişələrin sonu sülhlə bitir və bunun alternativi yoxdur.

Onun fikrincə, amma sülh o zaman qalıcı olur ki, həm ədalətli olsun, həm də tərəfləri qane etsin:

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

“İndi ən ciddi problem odur ki, istər vasitəçilərin təklif etdikləri variantlarda, istərsə də tərəflərin mövqelərində irəli sürülümüş nizamlanma prosesi bütövlükdə qalıcı sülh üçün təminat vermir”

N.Məmmədli də hesab edir ki, ABŞ-da keçirilən görüşlər əhəmiyyətlidir. Onun fikrincə, ABŞ-ın həm ATƏT-in Minsk qrupunun həmsədri kimi, həm də dünyanın qüdrətli dövlətlərindən biri kimi bu prosesdə iştirakı Azərbaycanı ən azı Rusiyanın tzəyiqlərindən müəyyn qədər qoruyur: “Rusiya təkbaşına bu bölgədə problemin həlli ilə bağlı hegemon mövqeyə sahib olsa Azərbaycana təzyiqlər daha çox artardı və bu da ökə üçün xeyli dərəcədə problem olardı. Hərçənd, indi ABŞ-ın özünün mövqeyində Azərbaycanı qane etməyən tərəflər var. Buna baxmayaraq, ən azı böyük dövlətlərin məsələnin nizmalnamsı prosesində iştirakı ən azı Azərbaycana olan təzyiqləri neytrallaşdırır”

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 145 civarında kəndi, Cəbrayıl, Füzuli şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb. Bunun ardınca Azərbaycan və Ermənistan oktyabrın 18-i, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq vermişdilər.

Bundan əvvəl də oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında hümanitar atəşkəs təmin edilməliydi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilirdi. Hətta, Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə oktyabrın 11-i və17-də raket zərbələrinə tutulmuşdu.Nəticədə üst-üstə 26 dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanmışdı.

Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib.

Atəşkəsin pozulmasına görə, də qarşılıqlı ittihamlar səslənib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG