Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 16:52

Japarov indi də prezident olmaq istəyir


Sadır Japarov parlamentdə

“Dəyişikliklər mənim prezident seçkisində iştirakıma imkan versə, buna gedəcəyəm”, – Japarov Rossiya-24 televiziyasına müsahibəsində deyib

Qırğızıstan prezidentinin vəzifəsini icra edən Sadır Japarov deyir ki, deputatlar konstitusiyaya dəyişikliklər etsələr, o da prezidentliyə namizədliyini verərdi.

Onun sözlərinə görə, hazırda parlament prezident və parlament seçkilər haqda qanunlar üzərində işləyir. “Dəyişikliklər mənim prezident seçkisində iştirakıma imkan versə, buna gedəcəyəm”, – Japarov Rossiya-24 televiziyasına müsahibəsində deyib.

O, ötən həftə ölkənin baş naziri seçilib. Sooranbay Jeenbekov prezidentlikdən istefa verəndən sonra onun vəzifəsini icra etməyə başlayıb.

Keçmiş deputat olan Japarov adam oğurluğuna görə məhkum edilmişdi. 4 oktyabr parlament seçkisindən sonra küçələrə çıxan etirazçılar onu, eləcə də keçmiş prezident Almazbek Atambayevi həbsdən azad etdilər. Seçkinin nəticələri isə ləğv olundu.

2005-ci ildən Qırğızıstanda üçüncü dəfədir kütləvi etiraz nəticəsində prezident dəyişir.

Ölkədə erkən prezident seçkisi gələn ilin yanvarına planlaşdırılır.

XS
SM
MD
LG