Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:38

Koronavirusa yoluxmalar 40 milyonu keçir


Çexiyada qadağalara etiraz
Çexiyada qadağalara etiraz

Cəmi 32 gün ərzində qlobal yoluxmalar 30 milyondan 40 milyona çatıb

Bu gün – oktyabrın 18-də dünyada yeni koronavirusa yoluxma halları 40 milyonu keçmək üzrədir.

“Reuters” agentliyi yazır ki, cəmi 32 gün ərzində qlobal yoluxmalar 30 milyondan 40 milyona çatıb. Halbuki ilk 10 milyonluq göstərici üç aya əldə olunmuşdu. Yoluxmalar 20 milyona 44 günə, 30 milyona 38 günə çatmışdı. Virus ötən ilin dekabrında Çində peyda olub, ilk yoluxmalar yanvarda Vuhan şəhərində açıqlanıb.

Ötən həftənin sonunda gündəlik yoluxmalarda artım qeydə alınıb, ilk dəfə olaraq gündəlik göstərici 400 mini keçib.

Dünyada yeni koronavirusun ən çox zərbə vurduğu ölkələr Birləşmiş Ştatlar, Hindistan və Braziliyadır. Şimali, Mərkəzi və Cənubi Amerikada COVID-19 yoluxmaları dünya üzrə statistikanın 47.27, yəni demək olar, yarısını təşkil edir.

Birləşmiş Ştatlarda hər 10 min nəfərə 247, Hindistan və Braziliyada isə uyğun olaraq 55 və 248 yoluxma düşür.

Avropa

Avropada yeni yoluxmalar günə 150 mini keçir. İtaliya, Niderland, Almaniya, Avstriya, Polşa, Ukrayna, Kipr və Çexiyada rekord rəqəmlər təsdiqlənir.

Hazırda dünya üzrə yoluxmaların 17, ölüm hallarının isə 22 faizə yaxını Avropanın payına düşür.

Artıq Britaniyanın bəzi hissələrində karantin elan olunub. Baş nazir Boris Conson yerli tədbirlərlə ikinci dalğanı önləyəcəyini bildirib.

Fransada bəzi yerlərdə komendant saatı tətbiq olunur. Avropanın digər yerlərində məktəblər bağlanır, cərrahiyə əməliyyatları təxirə salınır, tibb tələbələri xəstəliklə mübarizəyə cəlb olunur.

Birləşmiş Ştatlarda yoluxmalar 8 milyonu keçib. Prezident Donald Tramp böyük iqtisadi yardım paketini razılaşdırmağa çağırıb.

Hindistanda yoluxmalar 7 milyon yarıma yaxınlaşır.

Yaxın Şərqdə virusdan ən çox ziyan görmüş İranın paytaxtı Tehranda artıq üçüncü həftədir məhdudiyyətlər tətbiq olunur, ölü sayı 30 mini keçir.

Pandemiyadan indiyədək 1 milyon 100 mindən çox xəstə vəfat edib. Dünya üzrə yoluxmalara düşən ölüm səviyyəsi 2.8 faiz civarındadır.

Dünya Səhiyyə Təşkilatının (DST) rəsmisi deyib ki, vaksin tapılana və geniş tətbiq olunana qədər dünyada COVID-19-dan ölüm halları 2 milyona çata, hətta daha yüksək ola bilər.

Bəzi alimlərin fikrincə, pandemiyaya yerli səviyyədə məhdudiyyətlər uğurla həyata keçirilsə və ictimaiyyətə izah olunsa müsbət nəticə verə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG