Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 09:38

Metro dayanır, məktəblərdə tətil elan olunur


Məktəblər açıldı, şagirdlər necə qorunur?
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Məktəblər açıldı, şagirdlər necə qorunur?

Nazirlər Kabineti yanında Operativ Qərargah bir sıra məhdudiyyətlər tətbiq edib.

Qurum bu barədə qərarını bu gün, oktyabrın16-da açıqlayıb.

"Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib", - qurumun açıqlamasında yazılıb.

Məhdudiyyətlər bunlardır:

  • 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
  • 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.
  • Dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.
  • Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə olunur.

Online təhsil kütləvi savadsızlığa səbəb ola bilərmi?
Gözlə

No media source currently available

0:00 0:09:47 0:00

Azərbaycanda noyabrın 2-nə kimi karantin elan edilib. Karantin rejimi martın 24-dən tətbiq edilir. Son aylar rejim bir xeyli yumşaldılmışdı.

Ötən tədris ilində dərslər martın 3-dən dayanmışdı. 2019-2020-ci il tədris ilinin sonrakı dövründə dərslər onlayn keçirilmişdi.

Bu tədris ilində də dərslər öz vaxtında, sentyabrın 15-də başlasa da məktəblərdə yalnız ibtidai siniflərə həftədə 2-3 dəfə dərslər keçirilirdi. Yuxarı siniflər isə oktyabrın 1-i (5-9-cu siniflər) və 15-i (10-11-ci siniflər) məktəblərə getməyə başlamışdılar. Onlar da həftənin yalnız bir neçə günü məktəbə gedirdilər. Dərslərin, əsasən, onlayn keçirildiyi bildirilirdi.

"Noyabrın 2-dən təhsil... bərpa olunacaq"

"Noyabrın 2-dən təhsil bu və ya digər formada yenidən bərpa olunacaq".

Bunu bu gün, oktyabrın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

O, iki həftə ərzində yoluxma dalğasının qırılmasına nail olunacağına inamını ifadə edib.

Dərslər başlanır. İmişlidə üç uşaq atası: 'Nə kömpüterimiz, nə də İnternetimiz var'
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Oktyabrın sonunda internetlə bağlı açıqlama olmalıdır

"Təhsil müəssisələrində tətil elan edilib"

Bunu da oktyabrın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib. Onun vurğulamasına görə, hər hansı formada dərs aparılmayacaq.

Təhsil naziri deyib ki, söhbət burada payız tətili ilə yerdəyişmədən gedir: "...Məktəblərdə koronavirusa kütləvi yoluxmaya rast gəlməmişik, ancaq şagirdlər, müəllimlər nəqliyyatla dərsə gəlir, onlar da yoluxmanın artmasına səbəb ola bilər. Bu qeyri-müəyyənlik halında iki həftə gözləmək məqsədə müvafiqdir".

Onun deməsinə görə, oktyabrın sonlarında -noyabrın əvvəlində internetlə bağlı məsələ ilə əlaqədar da ictimaiyyətə məlumat veriləcək.

Dağlıq Qarabağ və ətraf bölgələrdə döyüşlərin bərpa edilməsi ilə bağlı Azərbaycanda sentyabrın 27-dən internet məhdudlaşdırılıb.

İki həftə bağça da olmayacaq

Bağçalar, musiqi məktəbləri, məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin də fəaliyyətinə noyabrın 2-dək fasilə verilir.

Bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG