Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Lukaşenkanın istefasını tələb edirlər


Minsk, 18 oktyabr, 2020-ci il
Minsk, 18 oktyabr, 2020-ci il

Daxili İşlər Nazirliyi gücdən istifadə olunacağıyla bağlı xəbərdarlıq etmişdi. Minsk küçələrinə hərbi yük maşınları və su vuran maşınlar yerləşdirilsə də, polis onlardan əsasən istifadə etməyib

Oktyabrın 18-də Minskdə və Belarusun digər şəhərlərində onminlərlə insan küçələrə çıxaraq Alyaksandr Lukaşenkanın istefasını tələb edib.

Daxili İşlər Nazirliyi gücdən istifadə olunacağıyla bağlı xəbərdarlıq etmişdi. Minsk küçələrinə hərbi yük maşınları və su vuran maşınlar yerləşdirilsə də, polis onlardan əsasən istifadə etməyib.

“Vyasna” insan haqları qrupu Minskdə azı 200 nəfərin saxlandığını bildirir. Digər şəhərlərdə 30-dək saxlanan olub.

DİN-in sözçüsü Volha Çemodanova “AFP”yə deyib ki, hüquq-mühafizə əməkdaşları polisə daş atan etirazçılara xəbərdarlıq məqsədilə rezin güllələrdən istifadə edib.

Yürüşdən bir neçə gün qabaq Daxili işlər nazirinin birinci müavini Gennadi Kazakeviç etirazçılara qarşı “lazım gələrsə ölümcül silahlara” əl atılacağını deyirdi. Birinci dəfəydi rəsmilərin dilindən belə bir təhdid səslənirdi, ancaq yerinə yetirilməyib.

1994-cü ildən hakimiyyətdə olan Lukaşenka 9 avqust seçkisinin qalibi elan olunandan sonra ölkəni etirazlar bürüyüb. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir, nəticələrin ləğvini tələb edir.

“Xalq ultimatumu”

Həftələrdir davam edən etirazlarda 12 mindən çox belaruslu saxlanıb, yüzlərlə saxlanana işgəncə verildiyi bildirilir.



Ancaq hakimiyyət etirazları dayandıra bilməyib. Bazar günü etirazlarında Lukaşenkanın həbsi tələb olunub, “Tətil!”, “Fəhlələr xalqla birlikdədir” şüarları səslənib.

Müxalifət lideri Svetlana Tixanovskaya və tərəfdarları oktyabrın 25-ni Lukaşenkanın istefası üçün son tarix elan ediblər.

Lukaşenkanın uzun müddət dayağı hesab olunan fəhlələr arasında da dəstəyini itirdiyi bildirilir.

Oktyabrın 16-da AzadAvropa/AzadlıqRadiosu-na müsahibəsində Tixanovskaya deyib ki, “Xalq Ultimatumu”nu təkcə o deyil, müxalifət qrupları, eləcə də müxalifətin Koordinasiya Şurası, etirazların təşkilatçıları, tətil edən fəhlələr, Belarus vətəndaşları səsləndirir.

Tixanovskaya seçkidən bir gün sonra Litvaya gedib. Tərəfdarları seçkidə onun qalib gəldiyini deyirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG