Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:40

Azərbaycan irəlilədiyini bildirir


Azərbaycan ordusu təlimlərdə, 2016

Oktyabrın 16-ı gün ərzində, 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraitinin gərgin olaraq qaldığı bildirilir.

Bu məlumatı oktyabrın 17-i səhhər saat 8:52-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.

Məlumatda yazılıb ki, Azərbaycan qoşunları irəliləməyə nail olub.

“Yaşayış məntəqələri atəşə tutulur”

“Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.”

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu məlumatı isə oktyabrın 17-də saat 8:27-də yaymışdı.

Atəşkəs razılığı olmuşdu

Halbuki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri oktyabrın 9-u, 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalamışdılar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb. Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncənin oktyabrın11-i və17-də raket zərbələrinə tutulduğu bildirilib.Nəticədə üst-üstə 22 nəfər dinc sakinin həlak olduğu, 70-dan çoxunun isə yaralandığı açıqlanıb.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 50 civarında kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildəbaşlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

Multimedia

XS
SM
MD
LG