Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:04

Qırğızıstan prezidenti istefa verir


Sooranbay Jeenbekov
Sooranbay Jeenbekov

Qırğızıstan prezidenti Sooranbay Jeenbekovun istefa verdiyi bildirilir. Xəbəri prezidentin mətbuat xidməti yayıb.

Ölkədə oktyabrın 4-də parlament seçkilərində qanunverici orqana hakimiyyətyönlü partiyaların keçdiyi açıqlanıb. Bu, ölkədə etirazlara səbəb olub, müxalifət seçkinin saxtalaşdırıldığını iddia edib.

Etirazçılar parlamentin və prezident idarəsinin yerləşdiyi binaya hücum edərək dağıntılar törətmiş, keçmiş prezident Almazbek Atambayevi, bir sıra digər keçmiş məmurları həbsdən azad etmişdilər.

Jeenbekov oktyabrın 15-də rəsmi bəyanatında bildirir ki, ölkədə sülh və vəhdət istənilən vəzifədən önəmli olduğu üçün istefa vermək qərarına gəlib.

"Mən Qırğızıstan tarixində öz vətəndaşlarına atəş açan qanlı prezident kimi qalmaq istəmirəm. Buna görə istefa vermək qərarına gəldim", – o vurğulayıb.

Bir gün öncə Jeenbekov Sadır Japarovun parlamentin yeni baş naziri təyin olunmasına dair parlamentin qərarını təsdiqləyib.

Qırqızıstanda seçkinin nəticələri ləğv edildi
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Jeenbekov bəyanatında deyib ki, parlamentin bir gün öncəki qərarını təsdiqləməsinə baxmayaraq, “aqressiv əhval-ruhiyyə azalmadı və istefama çağırışlar davam etdi”.

Bəyanata görə, hazırda etirazçılar və hüquq-mühafizə əməkdaşları “toqquşma ərəfəsindədir” və “provokasiyaya getməməlidirlər”.

O, Japarovun və digər siyasi fiqurların tərəfdarlarını etirazları dayandırmağa çağırıb.

Japarov etirazlar vaxtı həbsdən azad olunub. O, adam oğurluğuna görə uzunmüddətli həbs cəzası almışdı. Onun vəzifəyə təsdiqlənməsi ölkədə böhranın həllinə doğru addım sayılır.

Etirazçılar 4 oktyabr parlament seçkilərinin nəticəsinin ləğvini tələb edirdilər. Mərkəzi Seçki Komissiyası seçkidən iki gün sonra nəticələri ləğv etdi. Etirazlar hökumətin və parlament spikerinin istefası ilə nəticələndi.

Jeenbekov etirazlardan sonra ilk bəyanatlarının birində deyirdi ki, yeni kabinet formalaşandan və ölkədə vəziyyət sakitləşəndən sonra istefa verməyə hazırdır.

Qırğızıstanda son 15 ildə üçüncü dəfədir kütləvi etirazlar nəticəsində president dəyişir.

XS
SM
MD
LG