Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:46

Yunanistan səfiri Afinaya, Azərbaycan səfiri isə Bakıya çağırılıb


Prezident İ.Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edir. 2 sentyabr 2020
Prezident İ.Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edir. 2 sentyabr 2020

Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqos bu ölkənin Xarici İşlər naziri Nikos Dendiasın qərarı ilə məsləhətləşmələr məqsədilə oktyabrın 7-də Afinaya çağırılıb.

Bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Yunanistan Xarici İşlər Nazirliyi (XİN) məsələ ilə bağlı bildiriş də yayıb.

"Azərbaycan hökumətinin... Dağlıq Qarabağ konflikti kontekstində öz ərazisində guya Azərbaycana qarşı terror aktlarına hazırlıqların aparılması... və kiberhücumların təşkili... ilə bağlı Yunanıstan dövlətinə qarşı əsassız və təhqiramiz ittihamları timsalında dünən Xarici İşlər Nazirliyində Azərbaycanın səfirinə sərt demarş edilib. Edilən demarşdan sonra Yunanıstanın Azərbaycandakı səfiri cənab N.Piperiqos Xarici İşlər naziri N.Dendiasın qərarı ilə məsləhətləşmələr məqsədilə Afinaya çağırılıb", - bildirişdə vurğulanır.

Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırılıb

Məsələ ilə bağlı Azərbaycan XİN də açıqlama yayıb.

Açıqlamada yazılıb ki, xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar Yunanıstanın diqqətinə çatdırılıb: "Bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib. Bunun ardınca Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar, Azərbaycanın Yunanıstandakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb".

Xatırlatma

Hələ bir ay əvvəl, sentyabrın 2-də prezidenti İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri N.Piperiqosun etimadnaməsini qəbul edərkən bir sıra tənqidi fikirlərini dilə gətirmişdi. Prezident demişdi ki, iki ölkənin əməkdaşlığına mənfi təsir göstərən bir neçə məsələ olub. İ.Əliyevin deməsinə görə, onlardan biri Yunanıstanın qaz şirkəti "DESFA" ilə əlaqədardır. Onun deməsinə görə, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın onu almaq istəyinin gerçəkləşməməsi üçün hər şeyi edib.

Prezident daha sonra da demişdi ki, ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı Bakının narahatlığıdır.

"...Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir...", - o, əlavə etmişdi.

XS
SM
MD
LG