Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:38

130 yeni yoluxma aşkarlanıb, 1 ölüm


rxiv foto

Son gündə Azərbaycanda koronavirus infeksiyasından 142 nəfər sağalıb, 130 yeni yoluxma faktı qeydə alınıb. Bu məlumatı oktyabrın 4-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər də vəfat edib:

“Hazırkı dövrədək ölkəmizdə 40 min 691 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 496 nəfər müalicə olunaraq sağalıb, 596 nəfər vəfat edib. Aktiv xəstə sayı 1599 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 794, ötən müddət ərzində isə 1 milyon 137 min 121 test aparılıb. Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG