Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:42

Ağcəbədi,Ağdam və Bərdənin kəndlərinin vurulduğu deyilir


Gəncə şəhəri, 4 oktyabr 2020

Hazırda Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələrinin intensiv artilleriya atəşinə tutulduğu bildirilir. Bu barədə oktyabrın 4-də saat 16-10-da Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb. Məlumata görə, yaralanan var.

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Həmsədr ölkələrin liderləri oktyabrın 1-də birgə bəyanat yayaraq tərəfləri atəşkəsə və şərt qoşmadan sülh danışıqlarına çağırıb.

Şərhlər

Multimedia

XS
SM
MD
LG