Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:28

Prezidentin köməkçisi: Arayik Arutunyan ağır yaralanıb


Arayik Harutyunian, 27, sentyabr 2020

“Azərbaycan Ermənistanın hücumlarının heç birini cavabsız qoymur və bu hücumlar adekvat cavabını alır.” AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, hazırda bu atəşin qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbəri Arayik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi ilə bağlı məlumatlar yayılır.

"Mən buradan Arayik Arutunyana müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan Ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Arayik Arutunyan ağır yaralanıb...”, - deyə prezidentin köməkçisi qeyd edib.

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Həmsədr ölkələrin liderləri oktyabrın 1-də birgə bəyanat yayaraq tərəfləri atəşkəsə və şərt qoşmadan sülh danışıqlarına çağırıb.

Şərhlər

Multimedia

XS
SM
MD
LG