Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:32

Ukraynada meşə yanğınlarında azı 5 nəfər ölüb


Ukraynada meşə yanğını

10 nəfər xəstəxanaya yerləşdirilib, 120 nəfər təxliyə olunub

Ukraynanın şərqi Luqansk regionunda irimiqyalı meşə yanğınlarında azı 5 nəfər həlak olub.

10 nəfər xəstəxanaya yerləşdirilib, 120 nəfər təxliyə olunub. Məlumatı Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidməti oktyabrın 1-də yayıb.

Məlumatda deyilir ki, yanğınların söndürülməsinə mindən artıq yanğınsöndürən cəlb olunub. Yanğının 18 min hektar ərazini əhatə etdiyi bildirilir.

Yanğınlar Luqanskda Ukrayna hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçıların təmas xəttində 22 yaşayış məntəqəsinə təhdid yaradır, qurum vurğulayır.

Ukraynanın şərqində 2014-cü ilin aprelindən başlanmış münaqişədə 13 min 200-dən çox insan öldürülüb.

Prezident Volodimir Zelenskinin idarəsi hüquq-mühafizə işçilərinə yanğının səbəbini tapmağı tapşırıb.

Şərhlər

XS
SM
MD
LG